Mətbəximiz / Duru yeməklər

Çox dadlı Kələm şorbası

Dəniz qızı | 18-08-2016, 09:00
2 843 2
 


Tərkibi:


1 kg kələm
1 xörək qaşığı kərə yağı
1 ədəd soğan
200 qr. kəvər soğanı
1 ədəd kök
1/4 su stəkanı un
2 ədəd mixək
2 xörək qaşığı qaymaq
2 xörək qaşığı yağsız pendir rəndəsi
duz

Hazırlanması:
Kələmi yarpaqlarını ayıraraq yuyun.
İncə doğradığdan sonra bir az qaynadın .
Bir qazana kərəyağını qoyub qızardın.
Əvvəl incə incə doğradığımız soğanı , sonra yenə incə incə doğradığınız yaşıl soğanıda qızardırın.
Rəndələnmiş yerkökü və doğranmış kələmləri də əlavə edərək üzərinə un səpin.
Qarışığın üstünü örtəcək qədər su qoyduqdan sonra kəvər soğanı əlavə edərək şorbamızı 45 dəqiqə bişirək.
Ocaqdan götürməmişdən qabaq onu duzluyun.
Yağsız pendirindən rəndələyin.
Şorbanı atəşdən götürüb , istiliyə dayanıqlı dərin bir qaba qoyun.
Kasalara tökdükdən sonra şorbaların üzərinə yağsız pendir rəndəsini səpin.
Arzuya görə üzərinə bir miqdar şüyüd qoyaraq süfrəyə təqdim edin.

Dəniz qızı | 2 oktyabr 2016 21:18 | Status: Brilliant user | Şərh: 8 017
Heç etməmişəm bundan.
Qaracaqiz | 19 avqust 2016 00:34 | Status: VİP user | Şərh: 1 882
Kelemi sevmirem menlik deyil xoşlayanlar hazırlaya biler maraqlı reseptdir