Mətbəximiz / Duru yeməklər

Gəncənin ləziz dovğası

Banu. | 19-04-2016, 08:09
7 267 16

 

 

 

Gəncəlilər hər zaman öz dovğalarının mükəmməlliyi ilə fəxr edir, istifadə edilən göy-göyərti sayı ( 6 cür göyərti) və yağlı camış qatığını dovğanın daha bir üstünlüyü hesab edirlər. Amma öz aramızdır, doğurdan da, Gəncə dovğası bir başqa olur!

 

 

Ərzaqlar:

İspanaq  – 2 dəstə
Keşniş – 2 dəstə
Şüyüd – 1 dəstə
Dağ keşnişi – 1 dəstə
Kərəviz – 1 dəstə
Nanə – 1 dəstə
(Bəziləri kəvər də vurur)
Yumurta – 2 ədəd
Camış qatığı – 3 litr
Un – 2 x.q.
Yumru düyü – 0,5 st.

 

Hazırlanması:

Əvvəlcə düyü yaxşıca yuyulur, suda bişirilir. Göyərtilər təmzilənir, yuyulur və xırda-xırda doğranılır. Qazana qatığı, unu və yumurtanı töküb, yaxşıca qarışdırırıq. Qatığı elə açmaq lazımdır ki, yumruları qalmasın. Sonra qazanı odun üstünə qoyuruq və qaynara düşənə kimi taxta qaşıqla yaxşıca bulamaq lazımdır.

Qatıq qaynamağa başlayan kimi qarışdırmağı dayandırırıq və içinə bişmiş düyünü, doğranmış göyərtiləri əlavə edirik. Göyərti rəngini dəyişən kimi (1-2 dəq.) dovğanı oddan götürürük. Tam soyuyandan sonra isə duzunu vururuq.

Qeyd: Camış qatığını istifadə etməzdən öncə onu torbaya tökmək və 20-30 dəqiqə asılı halda saxlamaq lazımdır ki, suyu süzülsün.(sufrem.az)

 

Nuş olsun!




Real Madrid CF | 17 may 2016 15:45 | Status: Qonaq | Şərh: 0
Dovgani xowlayiram leziz yemekdir arada bir noxudlu dovga yeyirem hemde kalorisizdir.
SEVDA | 20 aprel 2016 17:30 | Status: Nəzarətçi | Şərh: 17 439
Bakı dovğası hazırlayıram men her zaman...
Gülçin | 20 aprel 2016 15:46 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: dılay
Ataniz qarabaglidirsa demek sizde Qarabaglisiniz))

Mən həmişə özümü qarabağlı hesab eləmişəm,canım. kissing_heart
Baxmayaraq ki, Bakıda doğulub böyümüşəm.
Sitat: B.Fereh
,onlar kelem de vururdular.

Şəkidə görmüşəm kələmlə bişən dovğa, yeyə bilməmişəm.))
B.Fereh | 20 aprel 2016 08:12 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: dılay
Sitat: B.Fereh


Sitat: dılay
Men Qarabag dovgasInI xowlayIram..

Ureyim,Qarabag dovgasi ne cur olur???

Baciwka biz bolluca dag kiwniwi ve noxud vururuq ,hetta yarpizda vururam men

biz Qarabagli deyilik,amma mende bucure edirem.Yarpiznan cox dadli olur,dag kewniwisiz de dovga hec biwirmirIk.Noxudu uje yazmiwdim:))Men sonra fikir verdim ki,reseptde su yox imiw,amma biz su qatiriq qatiga,qati olur su qatmayanda.
Bizim qonwu vardi Celilabadli idiler,onlar kelem de vururdular.
dılay | 19 aprel 2016 23:37 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: B.Fereh


Sitat: dılay
Men Qarabag dovgasInI xowlayIram..

Ureyim,Qarabag dovgasi ne cur olur???

Baciwka biz bolluca dag kiwniwi ve noxud vururuq ,hetta yarpizda vururam men
BULUTUM | 19 aprel 2016 22:06 | Status: Professional user | Şərh: 7 387
Dovgani Askim cox sevir...Tez tez hazirlayiram.Super alinir.
dılay | 19 aprel 2016 21:49 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: Gülçin
Gəncə dovğası qatı olur, çox da xoşlamıram.
Sitat: dılay
Men Qarabag dovgasInI xowlayIram..

Mən də.. Heyif deyil Qarabağın dağ keşnişi ilə bişən noxudlu dovğası?!

Atam tərəfdən qarabağlıyam, anam tərəfdən bakılı.. Ancaq, ağlım kəsəndən bizim evdə Qarabağ mətbəxinin xörəkləri bişirilib.

Beh ,beh beh..heqiqeten heyif deyil dag kiwniwi ,noxud..Mende Qarabagliyam hemiwe de Qarabag yemekleri biwirirem evde..Ataniz qarabaglidirsa demek sizde Qarabaglisiniz))
Gülçin | 19 aprel 2016 14:23 | Status: Brilliant user | Şərh: 6 780
Gəncə dovğası qatı olur, çox da xoşlamıram.
Sitat: dılay
Men Qarabag dovgasInI xowlayIram..

Mən də.. Heyif deyil Qarabağın dağ keşnişi ilə bişən noxudlu dovğası?!

Atam tərəfdən qarabağlıyam, anam tərəfdən bakılı.. Ancaq, ağlım kəsəndən bizim evdə Qarabağ mətbəxinin xörəkləri bişirilib.
Hali | 19 aprel 2016 14:04 | Status: VİP user | Şərh: 484
Men çox super dovgani biwirirem.dovganin içine smetan qatiram .çox lezzetli yag kimi gedir
B.Fereh | 19 aprel 2016 13:20 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: Gülay

anam hazirlayir mən bacarmiram

Hele ki,subayciliqdi kef ele:))

Sitat: dılay
Men Qarabag dovgasInI xowlayIram..

Ureyim,Qarabag dovgasi ne cur olur???
Gülay | 19 aprel 2016 12:40 | Status: Qonaq | Şərh: 0
Sitat: ESMERRi
Bizdə belə hazırlayırıq.

anam hazirlayir mən bacarmiram
Ay_Sun | 19 aprel 2016 11:36 | Status: Brilliant user | Şərh: 13 408
Gencenin butun yemekleri gozeldir.
B.Fereh | 19 aprel 2016 10:12 | Status: Nəzarətçi | Şərh: 6 975
Menim de dovgam ela alinir,hele bir defe de olsun curumeyib:)) noxudla edirem... kereviz vurmuram.Kever,ceferi vururam.Gerek prob edim bir defe kerevizi de.Tewekkurler,Banu xanim.
dılay | 19 aprel 2016 10:11 | Status: Brilliant user | Şərh: 8 183
Men Qarabag dovgasInI xowlayIram..
ESMERRi | 19 aprel 2016 09:46 | Status: Brilliant user | Şərh: 5 378
Bizdə belə hazırlayırıq.
Dəniz qızı | 19 aprel 2016 09:09 | Status: Brilliant user | Şərh: 8 017
Ayyy anam əla bişirir bunu.