Mətbəximiz / Duru yeməklər

Yayla şorbası- Əsil vaxtıdır

ESMERRi | 16-05-2016, 09:00
3 012 9

 
Yayla şorbası (Türkcə – yayla çorbası) Türkiyə mətbəxinin ən məşhur şorbalarındandır. Şorba qatıqdan hazırlanır və bir qədər Azərbaycanın dovğasını xatırladır. Lakin yayla şorbasında dovğada olduğu kimi təzə göyərtidən deyil, quru nanədən istifadə edilir. Nəticədə  maraqlı bir dad əmələ gəlir.

Tərkibi: 
3-stəkan qatıq
 4-stəkan su
1-ədəd yumurta
3-xörək qaşığı un
3-xörək qaşığı yumru düyü
3- xörək qaşığı kərə yağı
2 çay qaşığı narın quru nanə (süzgəcdən sürtərək keçirin ki, narin olsun)
Bir  çimdik qırmızı şirin toz bibər 
Zövqünüzə  görə duz
 
Hazırlanma qaydası:
Bir qazanda qatıq, su, yumurta, un və düyünü yaxşıca qarışdırın. Az xoda ocaqda taxta qaşıqla dəyanmadan qarışdıraraq qaynayanadək bişirin. Qaynayandan sonra tez-tez qarışdıra-qarışdıra düyü bişənədək bişirməyə davam edin. Düyü bişəndə şorbanı kənara çəkin. Balaca tavada yağı qızdırın. Cızıldamağa baslayan kimi, kənara çəkib quru nanə və pul bibəri (zəruri deyil) əlavə edib yarım dəqiqə qarışdırın. Alınan qarışığı şorbaya əlavə edib, qarışdırın. Zövqə görə duz vurun. Süfrəyə çörəklə  təqdim edin.

Qeyd: – Bu şorbaya bişmiş noxud da əlavə etmək  olar. Ya suda islağa qoyulub sonra bişirilmiş noxud, ya da konservi noxudan istifadə edə bilərsiniz. Bunları  şorba bişəndən sonra ona əlavə ediin.
 
 
 
Nuş Olsun!

SEVDA | 19 may 2016 11:24 | Status: Nəzarətçi | Şərh: 17 439
Bundan yox dovga hazırlayıram tez tez...twk
BULUTUM | 18 may 2016 03:54 | Status: Professional user | Şərh: 7 387
Tez tez hazirlayiram.bizde qaynanamgil ayran asi deyirler.Men duzu cox sevmirem , yoldasim xoslayir.
Gülçin | 17 may 2016 12:56 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: SEVA
ay xalacan Allah guldursun sizi bezen mendede olub hevesle nese bisirilib ozumden basqa hec kes yemeyib)))

Seva, xoş gəlmisən. kissing_heart Səni yenidən burda görmək xoş oldu.
Allah cümləmizin üzünü güldürsün, canım.
Həəə, bu həvəslənib yemək bişirmək mənim hobbimdir.))
Günümün yarısından çoxu mətbəxdə keçir. Ordakı televizor səhərdən axşama qədər açıq olur. Elə işlərimi görə-görə türk kanallarındakı mətbəx verilişlərinə baxıram. Xoşuma gələn, ağlıma batan yeməklər olanda resptini götürürəm. Sonra da bu reseptləri "sınaqdan keçirirəm".))) İntəhası bir iş var ki, bu "sınaqdan keçirdiklərimi" özümdən başqa heç kim yemir.)))
Mənə deyirlər ki, televizorda görüb-bəyəndiklərindən ürəyin nə istiyir, hazırla,özün ye. Ancaq, bizə yemək bişir.))))
Real Madrid CF | 17 may 2016 11:42 | Status: Qonaq | Şərh: 0
Worba yemeklerini cox xowlayiram.
SEVA | 16 may 2016 21:41 | Status: Professional user | Şərh: 5 150
Sitat: Gülçin
Bir dəfə həvəslənib hazırladım bundan. Özümdən başqa evdə heç kim yemədi.))


ay xalacan Allah guldursun sizi bezen mendede olub hevesle nese bisirilib ozumden basqa hec kes yemeyib)))
Gülçin | 16 may 2016 12:01 | Status: Brilliant user | Şərh: 6 780
Bir dəfə həvəslənib hazırladım bundan. Özümdən başqa evdə heç kim yemədi.))

Ancaq dadı yaxşı olur, hazırlamağa dəyər.
Nazlı_Kız | 16 may 2016 11:54 | Status: Brilliant user | Şərh: 6 473
Dovğa kimidi qaliba wink
dılay | 16 may 2016 11:03 | Status: Brilliant user | Şərh: 8 183
Tewekkur...
B.Fereh | 16 may 2016 10:55 | Status: Nəzarətçi | Şərh: 6 975
Cox gormuwem,televiziyada hazirlayanlari.Eynen bizim dovga kimi,ancaq yagda qovrulmuw naneynen.Pis dadmaz mence,hazirlamaq olar.Tewekkurler.