Mətbəximiz / Duru yeməklər

Ədviyyatlı kök şorbası

dılay | 11-04-2016, 09:00
2 164 4
Ədviyyatlı kök şorbası


Tərkibi:

Yarım kilo kök
1 ədəd orta boy soğan
4 yemək qaşığı zeytun yağı
1 litr toyuq suyu
Yarım limonun suyu
1 çay qaşığı qara bibər
2 yemək qaşığı təzə doğranmış keşniş
Damaq dadınıza görə duz

Hazırlanması:

Soğanın qabıqlarını soyub, küp şəklində doğrayın. Qazana zeytunyağını əlavə edib, qızdırın və üzərinə soğanları əlavə edin.
Orta dərəcəli odda, soğanların rəngi dəyişənə qədər qovurun. Köklərin qabıqlarını soyub, halqa şəklində doğrayın.
Doğranmış kökləri qazana əlavə edib, qovurun. Toyuq suyu, limon suyu, qara bibər, keşniş və duzu qazana əlavə edin.
Orta dərəcəli odda qarışımı, köklər yumuşayana qədər bişirin. Şorbanı ocaqdan götürüb,  blenderlə ərzaqlar xırda-xırda olana qədər əzin.
Kasalara pay edib, cəfəri ilə xidmət edin.

Nuş olsun! :nyam:

Mister Elyana | 11 aprel 2016 20:18 | Status: Şərhçi | Şərh: 378
Yaxei dadli olar twkler
dılay | 11 aprel 2016 14:44 | Status: Brilliant user | Şərh: 8 183
Redakte ucun tewekkurler..
ESMERRi | 11 aprel 2016 11:25 | Status: Brilliant user | Şərh: 5 378
Təşəkkür bacıma mənimdə tez tez hazırladığım şorbadı .
B.Fereh | 11 aprel 2016 10:06 | Status: Nəzarətçi | Şərh: 6 975
Bu worbadan balacam ucun edirem,(bibersiz)smetan da elave edirem.Koku ciy halda yemir teesufki,mende worbaya qatiram.TEWEKKURLER,BACIWKA.