Mətbəximiz / Duru yeməklər

Düyü Qazmağının hazırlanma qaydası

Yagis_Negmesi | 7-12-2015, 09:00
10 030 9



Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov” deyilir.
Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən
hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz. Şəkildə gördüyünüz şüyüdlü plovun üzərindəkı məhz düyü qazmağıdır.
Bişmiş düyü qatıq və yumurta ilə çalınır, üzərinə zəfəran dəmləməsi əlavə olunur. Əgər zəfəran olmasa sarıkök tozu ilə əvəz etmək olar. Bu üsulda qazmaq qızılı rəngdə olur və yumşaq alınır. Bir şeyi yadda
saxlamaq lazımdır ki, bu reseptə görə qazmaq daha zərif alınır. Lakin narahat olmağa dəyməz, qazmağın içərisi yumşaq, üstü qismən xırçıldayan olur. Bəzən qalın qazmaq da hazırlanır. Reseptdəki ərzaqların qədərini artırmaqla qalın qazmaq hazırlamaq olar. Təqdim etdiyim reseptdəki ingridientlərin miqdarına görə 23 sm genişliyində qazandan istifadə etmişəm. Əgər böyük qazandan istifadə edəcəksinizsə qazmaq
üçün ərzaqları da ona uyğun müəyyən edin. Nuş olsun!

Düyü Qazmağı

Hazırlanması:
1st yarım (bu, çiy düyünün miqdarı deyil!) qaynadılıb süzülmüş düyü bir qabın içinə tökülür, üzərinə 4 xörək qaşığı qatıq və ya xama,1 yumurta,1 cimdik duz əlavə olunur. 1 çay qaşığı döyülmüş sarıkök qatılır və bütün ərzaqlar qarışdırılır. Sarıkök əvəzinə zəfəran da qatmaq olar. Bunun üçün bir çimdik zəfəran telini həvəngdəstə ilə döyüb, toz halına salıb sonra 1 xörək qaşığı qaynar suda həll edib, dəmləmək lazımdır. Alınmış cövhər düyü, yumurta qarışığının üzərinə əlavə edib yüngülcə qarışdırılır.

23 sm genişliyində qazanın dibində 3-4 xörək qaşığı yağ əridilir. (Düyü bu qazanın içində dəm alacaq).
Yumurta düyü qarışığı kəfgir qaşıqla götürülür və qazanın dibinə, əridilmiş yağın üzərinə bərabər şəkildə yayılır. Yüngülcə özünü tutması üçün qapaq qoyulmadan və qarışdırılmadan bir neçə dəqiqə aşağı dərəcədə ocağın üzərində bişirilir ki, özünü tutsun. Asan olsun deyə əvvəlcədən qazmaq taxta qaşıqla 8 hissəyə kəsilərək bölünür. Sonra plov düyüsü qazmağın üzərinə əlavə olunur və plov dəmə qoyulur.

Süfrəyə verərkən qazmaq hissələrə bölünüb plovun üzərinə düzülür.

Ay_Sun | 15 yanvar 2016 16:11 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: boris arxan
mende duyuden hazirlayiram elada qazmaq cixir
Cicim İncim | 8 dekabr 2015 00:07 | Status: Gümüş user | Şərh: 2 456
Çox vaxt qazmağı xəmirdən və lavaşdan hazırlayıram ...
Ətraflı resept üçün təşəkkürlər...
boris arxan | 8 dekabr 2015 00:00 | Status: Professional user | Şərh: 4 784
mende duyuden hazirlayiram elada qazmaq cixir
Dəniz qızı | 7 dekabr 2015 21:38 | Status: Brilliant user | Şərh: 8 017
<ox sevir'm qazma]ı
gece-gunduz | 7 dekabr 2015 20:28 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: SEVDA
Bu qazmaqdan hazırlamışam.amma daha çox xəmirdən hazırlanan qazmağı xoşluyuram.

mende
SULTANIM | 7 dekabr 2015 16:48 | Status: Ekspert | Şərh: 4 742
Bizim tereflerde duyu qazmagi hazirlanir.
Mende bele edirem. Cox dadli olur.
Xebere gore tesekkur edirem.
SEVDA | 7 dekabr 2015 15:12 | Status: Nəzarətçi | Şərh: 17 439
Bu qazmaqdan hazırlamışam.amma daha çox xəmirdən hazırlanan qazmağı xoşluyuram.
dılay | 7 dekabr 2015 14:59 | Status: Brilliant user | Şərh: 8 183
Bunu bilmeyen qadIn var goren ?
Azeri Fidashka | 7 dekabr 2015 14:29 | Status: Şərhçi | Şərh: 734
cox sagolun tesekkurler