Mətbəximiz / Duru yeməklər

Pomidor Şorbasının ən orjinal resepti

Yagis_Negmesi | 9-12-2015, 09:00
2 964 7



Pomidor şorbasının müxtəlif reseptləri var. Bugün sizə təqdim edəcəyim resept ən asan və ən tez hazırlanan pomidor şorbası reseptlərindən biridir. Bu şorbaya dad verən yaxşı yetişmiş dadlı pomidorlarla bərabər, süfrəyə verilən şorbanın üstünə bol-bol səpilən pendirdir. Pendir isti şorbada əriyib ona xüsusi dad qatır.


Pomidor Şorbası

Ərzaqlar:
3 xörək qaşığı  kərə yağı
2 xörək qaşığı un
2 xörək qaşığı tomat pastası
6 iri yetişmiş pomidor – sürtkəcdən keçirin, yaxud blenderlə püre edin
Duz, istiot
Bir çimdik şirin bibər tozu (paprika; mütləq deyil)
4-5 stəkan su
Pendir (bunlardan biri ola bilər – kaşar pendiri, Holland pendiri, mozarella pendiri) – sürtkəcdən keçirin
 
 
Hazırlanma Qaydası:
Orta ölçülü tavada kərə yağını əridin. Unu əlavə edib 1-2 dəqiqə qarışdıra-qarışdıra azacıq qızardın.
Tomat pastasını əlavə edib bir dəqiqə də bişirin.
Pomidoru əlavə edib 2 dəqiqə tez-tez qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot, və istəyə görə bibər tozu əlavə edib qarışdırın. Pomidoru sürtkəcin iri gözündən keçiribsinizsə və şorbada iri-iri qalıbsa, kütləni blenderdə püre edib qazana geri tökün. Su əlavə edib şorba bir qədər qatışanadək, təxminən 10 dəqiqə bişirin. Şorba çox qatıdırsa, ona biraz qaynar su əlavə edə bilərsiniz.
Hazır şorbanı kasalara doldurun. Üstünə bol pendir səpib süfrəyə verin.
 


Nuş olsun!

Ay_Sun | 15 yanvar 2016 18:58 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Pendirli yeməklər mənlik deyil...
Yagis_Negmesi | 10 dekabr 2015 00:04 | Status: Gümüş user | Şərh: 1 614
beyenen ve beyenmeyen umumiyyetle werh yazan her bir kese tewekkur edirem
guldeniz | 9 dekabr 2015 21:21 | Status: Professional user | Şərh: 1 641
Sitat: ESMERRi
Pomidoru belə pendirlə yeməyi sevirəm şorbası məncə elə yaxşı olmaz çünki adi bir yeməyə pomidor vuranda turş olur .Bütün pomidordan ibarət olan yeməy necə olar?
SEVDA | 9 dekabr 2015 16:38 | Status: Nəzarətçi | Şərh: 17 439
Pendirli yeməklər mənlik deyil...
ESMERRi | 9 dekabr 2015 13:32 | Status: Brilliant user | Şərh: 5 378
Pomidoru belə pendirlə yeməyi sevirəm şorbası məncə elə yaxşı olmaz çünki adi bir yeməyə pomidor vuranda turş olur .Bütün pomidordan ibarət olan yeməy necə olar?
dılay | 9 dekabr 2015 11:46 | Status: Brilliant user | Şərh: 8 183
Etmek olar twk.
B.Fereh | 9 dekabr 2015 11:17 | Status: Nəzarətçi | Şərh: 6 975
Agiz dadima uygun deyil bu worba.Umumiyyetle pomidoru ciy halda yemeyi xowduyuram.Tewekkur!