Mətbəximiz / Duru yeməklər

Lobyalı düyü şorbası

Aytekin82 | 26-10-2015, 09:00
5 219 14
 

 
Şorbalar hər evin bərəkətidi. Bizim evdə şorbasız günümüz olmur.
Ona görə də hər dəfə şorba bişirəndə yeniliklər etməyi sevirəm.
Bu dəfə də maş lobyalı düyü şorbası bişirdim.
Çox dadlı da çıxdı.
4-5 nəfərlik ailə üçün
Lazım olan vəsaitlər:
1 baş soğan
4-5 tikə toyuq əti
1st. düyü
1 st. bişmiş lobya
2 dəstə keşniş-şüyüd
duz istiot sarıkök
yağ
Hazırlanması:
Soğan çox xırda doğranır və qazanda qovrulur. Bura təmiz yuyulmuş ət əlavə edilir və soğanla birgə qovrulur.
Soğan rəngini dəyişəndə sarıkök əlavə edilib, qaynar su tökülür. Duz əlavə edilib bir qədər qaynadılır.
Lobya və düyü tökülür və bişənə qədər vam odda qaynadılır. 
Narın doğranmış göyərti və istiot əlavə edilib, qarışdırılır, qapağı örtülüb qazanın altı söndürülür.
 


Nuş olsun!

B.Fereh | 19 aprel 2016 15:14 | Status: Nəzarətçi | Şərh: 6 975
Tewekkurler.
Aysel Gulay | 9 mart 2016 13:52 | Status: Qonaq | Şərh: 0
Salam men eledim dadlidi ancag men toyugu birinci qaynadib kefini yigibsonra bisirdim toyugun suyuyla dadlidir. smile
gulsen= | 26 noyabr 2015 09:46 | Status: Qonaq | Şərh: 0
dadli gorsenir twkrr
Ay_Sun | 7 noyabr 2015 15:49 | Status: Brilliant user | Şərh: 13 408
Dadli resept ucun tesekkurler.
buxqalter | 27 oktyabr 2015 18:01 | Status: VİP user | Şərh: 1 212
Teesufki men sulu yemekleri sevmirem.ama bilirem yemek lazimdi arada
nuray2007 | 26 oktyabr 2015 18:13 | Status: Şərhçi | Şərh: 420
Dadli gorunur

Dadli gorunur elaaa
Cicim İncim | 26 oktyabr 2015 16:00 | Status: Gümüş user | Şərh: 2 456
Sitat: SEVDA
Men sup,sulu xörək bişirəndə əvvəlcə əti suda qaynadıb köpüyünü (kəfini) yığıram.axıra yaxın yağ-soğanını tökürəm.

Canım , elə onu deyəcəkdim...Mən də əti qaynadıb sonra yağ- soğanda qovururam, şorbaya da qaynanmış su əlavə edirəm... Çoxu çiy toyuq ətini yağ -soğanla qarışdırır...Bəs kəfi çıxmıır?
SEVDA | 26 oktyabr 2015 15:48 | Status: Nəzarətçi | Şərh: 17 439
Men sup,sulu xörək bişirəndə əvvəlcə əti suda qaynadıb köpüyünü (kəfini) yığıram.axıra yaxın yağ-soğanını tökürəm.
Meley... | 26 oktyabr 2015 15:23 | Status: VİP user | Şərh: 696
yoldasim et yemeylerinden qacir sup xosluyur hercur pisirirem
tesekkur xebereqore ellerinze saglig
gece-gunduz | 26 oktyabr 2015 13:03 | Status: Gümüş user | Şərh: 1 720
hec supu sevmirem usaqlara bişirirəm sehere qalanda usaqlara vermirəm məcbur özüm yeyirəm
Nilay | 26 oktyabr 2015 11:25 | Status: Qonaq | Şərh: 0
Sorba seen deyilem ilnen yemesem yadima dusmez ..Amma usaqlar xosluyur deye arada bisririk twk ..
ESMER | 26 oktyabr 2015 11:08 | Status: VİP user | Şərh: 817
Sitat: milashka_167
Bele suplar dadli olur.mende suplari cox sevirem istenilen supu.evdede hergun bişirirem.yeyilir uşaqlarim lap cox sevir
dılay | 26 oktyabr 2015 10:10 | Status: Brilliant user | Şərh: 8 183
SuplarI sevirem. Bu da dadlI gorsenIr
milashka_167 | 26 oktyabr 2015 09:59 | Status: VİP user | Şərh: 1 452
Bele suplar dadli olur.mende suplari cox sevirem istenilen supu.evdede hergun bişirirem.yeyilir uşaqlarim lap cox sevir