Mətbəximiz / Duru yeməklər

Türk mətbəxi - Pendirli və yumurtalı pide

xalide | 19-07-2011, 10:00
8 572 69


Pendirli və yumurtalı pide



 

Pide türk mətbəxinə aiddir . Müxtəlif pide reseptləri var, bunlardan birini - səhər yeməyi üçün  dadlı bir pide reseptini sizə təqdim edirəm . Hazırlamağı da cox asandır. Vaxtınızı da çox aparmayacaq.

İçindəkilər:

 

Xəmiri üçün:

 

 4 st. un,   0.5 ç.q. maya,   1 ç.q. duz   ,   0,5 ç.q. şəkər tozu ,   apardığı qədər ilıq su..

 

İçlik üçün:   pendir, 6 yumurta,  200 qr. kərə yağı, keşniş, şüyüd , duz , istiot , qırmızı istiot

 

Üzəri üçün:  1 yumurta

 

Hazirlamasi:



 

Xəmir üçün qaba un, maya, duz, şəkər tozu və az-az ilıq su əlavə edib xəmir yoğrulur. Xəmir 6 kündəyə ayrılır. Kündələr oxlovla açılır, üzərinə sürtkəcdən keçirilmiş pendir səpilir. Sonra kənarları hər iki tərəfdən ortaya doğru bükülür, (rulet formasında) ucları birləşdirilib, bərkidilir. Ortası açıq qalır və qayıq forması alınır. Pidelər yağlanmış listə yığılır və ortasına bir az da pendir səpilir. Pidelər bu halda bir az gəlməyə qoyulur. Sonra ətraflarına yumurta çəkilib, sobada 200° C-də bişirilir. Bu pidenin bişmə prosesi izlənilir. Üzəri bir az qızaranda və pendir əriyəndə sobadan çıxarıb, ortasına yumurta salırıq (yumurtanı elə salmaq lazımdır ki, sarısı dağılmasın, yəni bütöv olsun). Yenə sobaya qoyulur, və yumurtanın ağı bişdikdə pidelər sobadan çıxarılır. Üzərinə bir dilim kərə yağı qoyulur. Duz, istiot, qırmızı istiot və göyərti səpilir. Artıq pideniz hazırdır. Nuş olsun.



 

Qeyd: Pidenin çox növləri var: qiyməli, pendirli, sosiskalı, qarışıq tərəvəzli, göbələkli və s...   Hər birinin özünəməxsus dadı var, gələn xəbərlərimizdə bunlardan bir neçəsini sizə təqdim edərəm.


 

 


SEVDA | 20 mart 2016 20:48 | Status: Nəzarətçi | Şərh: 17 439
Menlik deyil tsk...
dılay | 12 mart 2016 15:39 | Status: Brilliant user | Şərh: 8 183
Menlik deyil...
Yagis_Negmesi | 4 dekabr 2015 10:23 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: Mickey Mouse
Pendirli qeseydi mence.
Sunay Elizade | 5 iyun 2015 13:02 | Status: Gümüş user | Şərh: 2 156
ela dadi var turk kafesinde yemisem
Sehri. | 11 iyun 2013 13:02 | Status: Qonaq | Şərh: 0
Təşəkkürlər..Yeməmişəm doğrusu.Amma qəşəng görünür.Umarım dadı da qəşəngdir.
Mickey Mouse | 10 iyun 2013 12:39 | Status: Professional user | Şərh: 4 008
Pendirli qeseydi mence.
Billurə | 28 mart 2013 16:17 | Status: Professional user | Şərh: 4 892
yox xowuma gelmedi((
Princess_93 | 30 noyabr 2012 17:04 | Status: Brilliant user | Şərh: 5 877
mama bunu etnen eliyir dadlida olur
azeri_oglu | 30 sentyabr 2012 21:01 | Status: Gümüş user | Şərh: 2 243
pendir varsa ver cuceme
cucem. | 30 sentyabr 2012 17:00 | Status: Professional user | Şərh: 4 415
PENDIRLI YOX AMMA YUMURLATI EYEREM
TATLI GUZEL | 26 iyul 2012 18:50 | Status: Professional user | Şərh: 5 781
men bunu xoslayiram.atdim secilmişlere.coooox tesekkurler