Mətbəximiz / Duru yeməklər

Dadlı borş

Aynur_Qurbanqizi | 7-02-2011, 18:53
11 545 92

 

Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Mən isə qırmızı rəngdə olan borşu daha çox xoşlayıram.

Əgər vaxtınız varsa, borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyun ki, dadlar bir birinə qarışsın və borşunuz daha da ləziz olsun.


BORŞ

6 porsiya üçün nəzərdə tutulub

1 kq iri tikələrə bölünmüş sümüklü mal əti
5 xörək qaşığı kərə yağı və ya duru yağ
1 baş soğan
1 ədəd orta boy çuğundur (300 g)
2 ədəd yerkökü (300 g)
2 xörək qaşığı tomat
3-4 dəfnə yarpağı (rusca: lavroviy list)
1 ədəd orda boy kələm (700 g)
3 ədər kartof
2 stəkan xırda-xırda doğranmış cəfəri
zövgə görə duz
zövgə görə istiot

 

 

 

 

1. İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. Ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). Ətin suyunu süzün ki, kəfdən təmizlənsin.  Ət suyunu və əti qazana geri qoyun.

 

2. Ətin  bişdiyi müddət ərzində digər ərzaqları hazırlayın. Soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın (təxminən 4 stəkan alınmalıdır). Kartofları soyun və iri-iri dilimləyin.

 

3. Tavada yağı qızdırın və soğanı bu yağda yumuşalanadək bişirin. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirin. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin.

 

4. Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin. QEYD: Ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirin.

 

5. Hazır borşu nimçələrə töküb süfrəyə verin. Borşun üstünə zövgə görə qatıq tökülüb yeyilir.

 

Bu xəbərin müəllifi Fəridə adlı xanımdır.

 


SEVDA | 20 mart 2016 19:48 | Status: Nəzarətçi | Şərh: 17 437
Yoldaşım çox bəyənir mənim hazırladığım borşu,tşk...
dılay | 12 mart 2016 09:45 | Status: Brilliant user | Şərh: 8 182
Hec xowlamiram borwu..
Yagis_Negmesi | 4 dekabr 2015 09:50 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: BaLaMiN DeCeLi
ela dadi olur tsk
Sunay Elizade | 5 iyun 2015 12:43 | Status: Gümüş user | Şərh: 2 156
ela dadi olur tsk
Meqa | 20 noyabr 2014 19:57 | Status: Professional user | Şərh: 2 077
bəyənirəm cox saolun
ada.. | 10 oktyabr 2014 08:27 | Status: Qonaq | Şərh: 0
Tewekkur...
Ay_Sun | 8 iyul 2014 15:48 | Status: Brilliant user | Şərh: 13 407
Menim qaynanmin bisirdiyi bors kimi bors ola bilmez.Cox dadli bisirir ellerine sagliq.
N....N92 | 17 iyun 2014 15:30 | Status: Professional user | Şərh: 4 351
qaynanam cox lezzetli biwirir
HESENIM | 8 aprel 2014 19:11 | Status: Gümüş user | Şərh: 1 262
oyyy borsun adi gelende ureyim bulanir hec vaxt yememisem bisirmekde istemirem
SABINA | 1 aprel 2014 10:10 | Status: Professional user | Şərh: 7 410
borsu coox sevirem hele anamin bisirdiyi bors menim ucun dunyanin en gosel borsudu
pirenses | 13 mart 2014 16:12 | Status: VİP user | Şərh: 1 397
Tam bir qış yeməyi...TəşəkkürləR
Meryem_Duyqu | 23 fevral 2014 01:29 | Status: Yazar | Şərh: 4 130
Tam bir qış yeməyi...Təşəkkürlər
yalniz arzu | 27 oktyabr 2013 23:22 | Status: Gümüş user | Şərh: 1 759
TAM BU FƏSLİ DADI.GÖRƏSƏN YEMƏKLƏRDƏN İMTİNA EDƏNLƏRİN BUDADLARDAN XƏBƏRLƏRİ VARRRR
Ayan92 | 22 oktyabr 2013 20:16 | Status: Professional user | Şərh: 3 056
Sitat: alice.
QIŞDA ƏLA OLUR...
Alice | 22 oktyabr 2013 16:47 | Status: Professional user | Şərh: 5 020
QIŞDA ƏLA OLUR...
HUSNIYYA | 16 oktyabr 2013 23:13 | Status: Gümüş user | Şərh: 1 191
bizim evde en cox biwen suplardandi..borw en sevdiyimiz supdur...Ellerinize sagliq...
Günelove | 4 oktyabr 2013 23:44 | Status: Şərhçi | Şərh: 288
Eziyyete hörmet tşkler canım
su peerisi | 15 iyul 2013 19:26 | Status: Gümüş user | Şərh: 955
Bu borsa yox,makaron supuna oxsayir,eziyyete tsk.
shela | 27 iyun 2013 13:41 | Status: Gümüş user | Şərh: 2 910
Sitat: Gul_Cicek
acidime lap ay caamahat
Beren | 19 iyun 2013 16:14 | Status: Professional user | Şərh: 3 214
Çox sevirəm.Mama bişirir.Dadlı olur.Təşəkkürlər.
Akademik | 15 iyun 2013 00:06 | Status: Professional user | Şərh: 4 580
borşu heç sevmirəm.... angry
SHIRIN-SHIPSIRIN. | 6 iyun 2013 20:24 | Status: Gümüş user | Şərh: 1 347
ele gozel bos ediremki,gel goresiniz,,usaqda yeyir,sulu xorekleri,,
Nazile Akifqizi | 4 may 2013 09:48 | Status: Qonaq | Şərh: 0
Burakini bars hazir olana yaxin azca yagda qovurub vuranda rengi solmur .bir -iki dis sarimsaq vebir qasiq alca tomati lezet verir.men bele bisirirem.
Hande 18 | 10 aprel 2013 22:38 | Status: Professional user | Şərh: 3 302

mama super pisirir

selenay | 26 mart 2013 19:14 | Status: Professional user | Şərh: 1 466
məndəəəəəəə yaxsi bisisriremmmmmmmmm
Saida Kerimova | 18 mart 2013 13:53 | Status: Professional user | Şərh: 1 672
Menim anam daha yaxsi bisirir bunu n5
yenede ellerinize sagliq
Əfşan | 10 mart 2013 15:09 | Status: Professional user | Şərh: 1 714
hele anam bir yana atam bir gozel bisirir borsu parmaklarinizi yersiniz
Gozel Melek | 5 mart 2013 12:59 | Status: Gümüş user | Şərh: 1 531
xowladim bu yemeyi
RaySum | 21 fevral 2013 16:47 | Status: Professional user | Şərh: 2 594
xowlamiram bu yemeyi
Soylu | 15 fevral 2013 23:10 | Status: Qonaq | Şərh: 0
ela

xosuma geldi