Mətbəximiz / Duru yeməklər

Vegetarian mətbəxinə aid yeməklər

Lale Mehrali | 27-04-2011, 09:00
10 407 59

 

Vegetarian mətbəxinə aid yeməklər

 

 

 

 

Soyalı Tərəvəz Plovu


Bunun üçün bizə xırdalanmış  faş soya, şüyüd, yerkökü, göy noxud, pomidor, düyü, zəfəran, sarıkök, duz, istiot və bir ədəd yuxa- lavaş lazımdır.


Soya qızardılır, yerkökü əlavə edilib bir az da qovrulur, göy noxud da qatılır. Pomidor xırdalanır, göyrti doğranır. Düyü süzülür, qazanın dibi yağlanır, lavaş salınır.Bor qat düyü əlavə edilir, bir qat pomidor, bir qat düyü, bir qat qızardılmış içlik, bir qat düyü, bir qat göyərti,bir qat düyü ardıcıl olaraq qazana yığılır. Dəmlənmiş zəfəran da əlavə edilir. Qatların arasına istiot, sarıkök vurulur. Zəif odda 1 saat dəmə qoyulur. Süfrəyə qatıqla verilir.


 Tərəvəz kotleti

 

 

 


Yəqin ki, sizin uşaqlar da tərəvəz yeməkdən xoşlanmırlar. Onlara tərəvəzi yedirməyin bir yolu var. Bu həm öz sevdikləri yemək olur, həm də sizin məsləhət bildiyiniz. Tərəvəz kotleti uşaqlar üçün ən qidalı və dəyərli yemək hesab edilir. Bizə gərək olan isə onların sağlam böyüməsidir. Evinizdə nə varsa bu kotleti onunla hazırlaya bilərsiniz. 


Vegetarian mətbəxinə aid olan bu yemək üçün bizə kartof, yerkökü, balqabaq, badımcan, lobiya, kələm, gül kələmi, soğan - ümumiyyətlə evinizdə hansı cür tərəvəz varsa onlardan lazımdır. 


Hər tərəvəzdən eyni miqdarda götürüb sürtkəcdən keçirin, göyərti əlavə edin, sarıkök, sanbar, istiot, zəncəfil kimi ədviyyatlardan əlavə edin, duz səpin. iki yumurta qırın  Yumurta yeməyən olursa un da kifayət edir.


Əlinizlə qarışdırın, kotletlər hazırlayın və yağda qızardın. Daha yaxşı olar ki, zeytun yağı olsun.


SEVDA | 20 mart 2016 20:19 | Status: Nəzarətçi | Şərh: 17 439
Vegeterianlar hazırlayıb yesinlər tşk...
Yagis_Negmesi | 4 dekabr 2015 09:57 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: BaLaMiN DeCeLi
beyenmedim ezyete gore tsk
Sunay Elizade | 5 iyun 2015 12:46 | Status: Gümüş user | Şərh: 2 156
beyenmedim ezyete gore tsk
SABINA | 6 oktyabr 2014 09:57 | Status: Professional user | Şərh: 7 410
tesekkurler
Zulya | 31 iyul 2014 17:10 | Status: Gümüş user | Şərh: 1 640
Tewekkurler
imulya | 21 may 2014 11:56 | Status: Qonaq | Şərh: 0
Maraqli reseptlere gore tesekkurler.
HESENIM | 9 aprel 2014 00:41 | Status: Gümüş user | Şərh: 1 262
TESEKKURLER
Akademik | 15 iyun 2013 00:10 | Status: Professional user | Şərh: 4 580
Sitat: aysun94
qardawimda vegetarian olmaq isteyir)

mən də istəyirəm))
Billurə | 22 mart 2013 12:40 | Status: Professional user | Şərh: 4 892
qardawimda vegetarian olmaq isteyir)
Meqa | 27 yanvar 2013 15:50 | Status: Professional user | Şərh: 2 077
ətsiz yeməyin nə ləzzəti
gulya20 | 28 noyabr 2012 00:39 | Status: Professional user | Şərh: 4 677
Tesekkurler reseptlere gore.Yeqinki ikinci yemek daha dadli olar.
azeri_oglu | 29 sentyabr 2012 22:03 | Status: Gümüş user | Şərh: 2 243
men xarice getsemde ele yemekler yemerem
TATLI GUZEL | 20 iyul 2012 10:34 | Status: Professional user | Şərh: 5 781
tesekkurler
Solnuwka. | 2 iyul 2012 19:25 | Status: Həkim | Şərh: 974
veqetiran deyilem.amma terevezleri cox xowlayiram.twk.
life82 | 2 iyul 2012 18:33 | Status: Gümüş user | Şərh: 985
BELE WEYLERE COX USTUNLUK VERIREM
SoFiYYa AnGeL | 1 iyul 2012 11:35 | Status: Professional user | Şərh: 957
hmmmm xeber biraz seliqesiz olub deyesen... LEZZETLI =)