Mətbəximiz / Dünya mətbəxi

Yaşıl blinçiklər

ESMERRi | 21-04-2016, 09:00
2 506 6



 Lazım olan ərzaqlar:

1 litr süd

400 qram un

2 yumurta

50 ml "Wellington" əridilmiş kərə yağı

 0.5 çay qaşığı soda

1 çay qaşığı duz

150 qr pendir

200 qr xama

Sumax (zövqə görə)

200 qr göy (keşniş, şüyüd, reyhan, göy soğan, cəfəri)


Üzərinə çəkmək üçün:

100 qr "Wellington" kərə yağı 


Hazırlanması:

Əvvəlcə yumurta ilə duzu çalırıq.

linçikin xəmirini hazır etdikdən sonra 1 saat onu isti yerə qoyuruq ki gəlsin.

Xəmir gəldikdən sonra bura çox xırda doğranmış göyərtini və yağı əlavə edirik.

İstəyə görə adi duzlu və ya holland pendiri sürtgəcdən keçirib xəmirə əlavə edirik

Hazır xəmiri  tavada  bişiririk blinçik bişirdiyimiz kimi.

Düzdür, bu xəmir bir az qatı olanda elə də yaxşı yayılmır, amma qaşıqla edə bilərsiniz.

Bişirdiyimiz blinçikləri yağlayıb üst-üstə yığırıq.

Buyurun, göyərtili blinçiklərimiz hazırdır. Süfrəyə verəndə sumax və xama da əlavə edə bilərsiniz


Dəniz qızı | 23 aprel 2016 08:08 | Status: Brilliant user | Şərh: 8 017
Nyam nyam......
guel | 22 aprel 2016 08:02 | Status: VİP user | Şərh: 475
Dadli gorunur. Atdim secilmislere. Tewekkur
dılay | 21 aprel 2016 21:56 | Status: Brilliant user | Şərh: 8 183
Niyeki 1 saat isti yerde qalmalidir,terkibinde droj yoxdur ki,soda var men saxlamiram hemen biwirirem...
Hali | 21 aprel 2016 19:22 | Status: VİP user | Şərh: 484
Sade blinçikleri xowlayiram
SEVDA | 21 aprel 2016 14:42 | Status: Nəzarətçi | Şərh: 17 439
Tewekkurler...
B.Fereh | 21 aprel 2016 10:03 | Status: Nəzarətçi | Şərh: 6 975
Ayy ne maraqli,uwaqlar ucun sagliqli qida.Atdim secilmiwlere,tewekkurler canim gozum. kissing_heart