Mətbəximiz / Dünya mətbəxi

Çaxoxbili (gürcü mətbəxi)

ESMERRi | 23-04-2016, 09:00
4 096 6


 


Çaxoxbili (Gürcü Yeməyi)


Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı Çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim toyuq çığırtmasını hatırladır, amma yenə də özünə məxsus fərqi və ləzzəti var. Dadını yazmaqla izah etmək çox çətindir. Bişirin görün.
Çaxoxbili əslində qırqovuldan hazırlanır. Amma müasir Gürcü mətbəxində toyuq ilə əvəz olunur. Qırqovulla çaxoxbilinin hazırlanması eyniylə aşağıdakı kimidir. Nuş Olsun!


ÇAXOXBİLİ

Resept Darra Goldstein: The Georgian Feast kitabından götürülmüşdür.

6-8 porsiya üçün nəzərdə tutulub

2 qaşıq ərinmiş kərə yağı və ya duru yağ
1 toyuq (təxminən 1 kg 500 q) – 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm)
4 ədəd orda boy soğan – doğrayın
8 ədəd orta boy pomidor – soyun və iri-iri doğrayın
3 diş sarımsaq – soyun və xırda-xırda doğrayın
təxminən yarım stəkan doğranmış göyərti qarişığı  (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
bir çimdik qırmızı acı  toz-bibər (zəruri deyil, mən istifadə etmirəm)
duz
istiot

1.     Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.

2.      Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.

3.     Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.



SEVDA | 26 aprel 2016 20:47 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: Narin-Ulker
Bizdədə varda belə yemək kartofda qatmaq olar
dılay | 25 aprel 2016 22:27 | Status: Brilliant user | Şərh: 8 183
HazIrlayIram twk..
Narin-Ulker | 24 aprel 2016 01:21 | Status: Gümüş user | Şərh: 2 748
Bizdədə varda belə yemək kartofda qatmaq olar
Hali | 23 aprel 2016 11:49 | Status: VİP user | Şərh: 484
Mende bu yrmekden biwirirem.amma sarimsaqsiz.sarimsaq xowlamiram
B.Fereh | 23 aprel 2016 10:10 | Status: Nəzarətçi | Şərh: 6 975
Mende toyugu bu cure edirem arada,amma sarimsaqsiz.
Bizim qovurmanin xalasiqizidi bu yemek:))
Dəniz qızı | 23 aprel 2016 09:16 | Status: Brilliant user | Şərh: 8 017
Toyuq qovurmasıdıda.. yum