Mətbəximiz / Dünya mətbəxi

Xoşbəxtlik keksini özünüz hazırlayın - Resept

ESMERRi | 11-05-2016, 09:00
5 304 5



 
Bunun üçün aşağıda sadalayacağımız qaydalara əməl etmək lazımdır:

Ərzaqlar:
 
3 ədəd yumurta
3 xörək qaşığı şəkər tozu
80 ml. günəbaxan yağı
125 ml. süd
1,5 stəkan un
2 yemək qaşığı kakao
1 paket qabartma tozu
 
Keksi islatmaq üçün:
 
1 stəkan ilıq süd
1 xörək qaşığı qəhvə
 
Kremi üçün:
 
800 ml. süd
1/2 stəkan un
3/4 stəkan toz şəkər
1 xörək qaşığı kərə yağı
1 stəkan çiy krem (böyük marketlərdə satılır, qablaşdırması süd qabı qutularına bənzəyir)
 
Üstü üçün:
 
3 yemək qaşığı kakao
 
Keksi hazırlamaq üçün: Yumurtaları sındırıb dərin bir qaba tökün. Üstünə şəkər tozu əlavə edib şəkər dənələri tamamilə əriyənə qədər mikserlə qarışdırın. Sonra günəbaxan yağı və süd əlavə etdikdən sonra yenidən qarışdırın. Un, kakao və qabartma tozunu ayrıca qabda qarışdırdıqdan sonra tort xəmirinə əlavə edin. Keks xəmirini azca yağlanmış, istiliyə dözümlü, düzbucaqlı şüşə qəlibə töküb əvvəldən isidilmiş 180 dərəcə sobada 30-35 dəqiqəyə qədər bişirin.
 
Kremi hazırlayın: Süd, un və şəkər tozunu dərin qazana töküb qarışdırın. Sonra qarışığa kərə yağı əlavə edib ocağın üstünə qoyun. Krem qaynayana qədər qarışdırın. Ocaqdan götürüb soyumağa qoyun.
 
Sobadan çıxan keks otaq temperaturunda soyuduqdan sonra onu südlü qəhvə ilə isladın. Soyumuş krem qarışığına çiy kremi qatıb mikserlə sürətlə qarışdırın. Hazırladığınız kremi keksin üzərinə sürtün. Kənarlarını səliqə ilə düzəldin. Üstünə kakao səpib soyuması üçün soyuducuya yerləşdirin. Ən az 2-3 saat qalandan sonra süfrəyə verin.
 
Nuş olsun
 

SEVDA | 12 may 2016 13:46 | Status: Nəzarətçi | Şərh: 17 439
Reseptcun twk...
dılay | 12 may 2016 09:46 | Status: Brilliant user | Şərh: 8 183
Beyendim ,amma kremini bildiyim kimi edecem..
Nazlı_Kız | 11 may 2016 20:25 | Status: Brilliant user | Şərh: 6 473
Maraqlı görnüşü var kissing_heart
Əsmər1 | 11 may 2016 11:40 | Status: VİP user | Şərh: 1 584
Daflı görsənir atım seçilmişlərə
B.Fereh | 11 may 2016 09:39 | Status: Nəzarətçi | Şərh: 6 975
Islak kek edirem mende amma bawqa reseptle....bunu da beyendim secilmiwlere atdim.Kofe sevmesemde kekse maraqli,ferqli dad verer.