Mətbəximiz / Dünya mətbəxi

Qiymə souslu makaronun hazırlanması

ESMERRi | 10-05-2016, 09:00
2 939 5


Qiymə souslu makaron hazırlamaq elə də çətin iş deyil. Adi makaron süzməyi yəqin ki, çoxumuz bilirik. Bu yeməkdə qiymənin hazırlanması nisbətən çətin mərhələ hesab edilir.

Qiymə sousun hazırlamaq üçün bizə lazımdır:

150-200 qram qiymə;

1 ədəd iri pomidor;

1 ədəd baş soğan;

3 ədəd şirin bibər;

2 qaşıq tomat;

Duz, istiot.

İndi isə aşbazlığa başlaya bilərik. Əvvəlcə tavanı qazın üzərinə qoyub yarım dəqiqə kimi gözləyirik, tava qızdıqdan sonra oraya 2-3 yemək qaşığı yağ, 3-4 yemək qaşığı su əlavə edirik. Daha sonra qiyməni tavaya tökürük. Onun rəngi dəyişilməyə başlayan zaman soğanı xırda-xırda doğrayır və onu da tavaya əlavə edirik. Soğanla qiyməni 4-5 dəqiqə kimi qovurduqdan sonra isə bu qarışığa xırda-xırda doğradığımız bibərləri əlavə edirik. Onların hamısını bir yerdə qovurduqdan sonra pomidorun qabığını soyur, onu doğrayır və sousa əlavə edirik. Sonda hazırladığımız sousa zövqə görə duz, istiot əlavə edərək 10-15 dəqiqə qovururuq və budur artıq sousumuz hazırdır.

Makaronun hazırlanması isə olduqca asan mərhələdir. İstifadə edəcəyimiz qazana yarısına qədər (nəzərdə tutduğumuz insanların sayından aslı olaraq dəyişə bilər) su töküb onu qaynamağa qoyuruq. Su qaynadıqdan sonra makaronu ora əlavə edirik. Makaron suda 10-15 dəqiqə qaynadıqdan sonra artıq qazı söndürüb makaronu süzə bilərik.

Artıq heç çəkinmədən yeməyi servis edə bilərsiniz. Bununla xanımınıza sübut edin ki, yemək hazırlamaq heç də onun dediyi qədər əziyyətli iş deyil.

Nuş olsun!


Dəniz qızı | 12 may 2016 09:33 | Status: Brilliant user | Şərh: 8 017
Mən də belə edirəm.
dılay | 12 may 2016 09:10 | Status: Brilliant user | Şərh: 8 183
UsaqlarIm cox xoslayIr edirem tez tez..
Nazlı_Kız | 11 may 2016 20:24 | Status: Brilliant user | Şərh: 6 473
Bəh bəh dadlı görkəmi var yum
SEVDA | 10 may 2016 20:55 | Status: Nəzarətçi | Şərh: 17 439
Hamının hazırladığı asan resept,amma bibersiz...
B.Fereh | 10 may 2016 10:47 | Status: Nəzarətçi | Şərh: 6 975
Mende bele edirem,amma biber vurmuram.Etin dadi itir onda sanki.
P.S-Kizz bu resept kiwiler ucunmuw heee???Birce mende bileydim,goresen kiwimin elinin duzu var ya yox. smiley