Mətbəximiz / Dünya mətbəxi

Yunan pizzasının orjinal esepti

Real Madrid CF | 9-02-2016, 09:00
2 333 6


 

Tərkibi:

180 q motsarella pendiri
80 q pizza sousu (tomat)
50 q xiyar
50 q Feta pendiri
50 q bolqar bibəri
40 q kahı yarpağı
80 q pomidor
10 q qara zeytun
10 ml zeytun yağı
 

Hazırlanması:

Xiyarı, bolqar bibərlərini yuyub təmizləyin. Sonra ortaboy kubik doğrayın.
Kahı yarpaqlarını yuyub qurudun. Əlinizlə bir neçə parçaya bölün.
Pomidorları yuyub fal-fal doğrayın.
Pizza xəmirini nazik yumru yayın. (Hazır xəmir tapmamısınızsa, buradakı reseptdən faydalana bilərsiniz). Üzərinə tomat sousu çəkin. Sürtgəcdən keçirilmiş motsarella pendiri səpin. Bərabər qaydada pomidor və bolqar bibərlərini düzün.
Pizzanı pizza sobasında 400 dərəcədə bişirin.
Hazır pizzanı 8 yerə bölün.
Üzərinə xiyar, kahı yarpağı, zeytun, ortaboy kubik doğranmış Feta pendiri düzün. Kənarlarına zeytun yağı çəkin.
 
Nuş Olsun!
 
 


dılay | 10 fevral 2016 16:08 | Status: Brilliant user | Şərh: 8 183
UwaqlarIm cox xowlayIr pizzanI..
Ay_Sun | 9 fevral 2016 20:04 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Hali
Pizzani xowluyuram ancaq holland pendirile

Mende
B.Fereh | 9 fevral 2016 17:04 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: Hali
Pizzani xowluyuram ancaq holland pendirile

Mende eynen.
Real Madrid CF | 9 fevral 2016 12:54 | Status: Qonaq | Şərh: 0
Piizani mende xowlayiram ammaki adami kokeldirde ona gorede herden birden yiyirem.
Hali | 9 fevral 2016 12:44 | Status: VİP user | Şərh: 484
Pizzani xowluyuram ancaq holland pendirile
Dəniz qızı | 9 fevral 2016 09:11 | Status: Brilliant user | Şərh: 8 017
Pizza vazgeçilməzimdi.