Mətbəximiz / Dünya mətbəxi

Ev şəraitində kolbasanın hazırlanması

Aytekin82 | 1-12-2015, 09:00
13 212 15

 

 

 

Yalnız təbii məhsullardan istifadə edərək,hətta balaca uşaqlara rahatlıqla verə biləcəyiniz evdə kolbasa hazırlamaq olar. Ev şəraitində heç bir konservant və digər zərərli əlavələri olmadan hazırlanan kolbasa uşaqların qidalanması və ailə üçün idealdır.

AzadQadın.az sizinlə ev şəraitində hazırlanan toyuq kolbasasının reseptini paylaşır: 

 

500 qr. file

2 ədəd yumurta

0,5 st. zeytun yağı 

2 böyük diş sarımsaq 

1 çay qaşığı zirə

1 çay qaşığı istiot

0,5 çay qaşığı qırmızı toz bibər 

1 xörək qaşığı kəklikotu

1 çay qaşığı duz


Hazırlanması: 

Bir qabda blenderlə yumurta, yağ, sarımsaq, duz və ədviyyatları  qarışdırın.Toyuq ətini (dərisi soyulmuş) əlavə edib məcun konsistensiyasında olana qədər yenidən blenderlə qarışdırın. İki qat streç salafanı düz bir yerə  sərin. Orta hissəsinə hazırladığınız  içliyi töküb kolbasa forması verin və kənarlarını konfet kimi bükərək sıxın. Çox incəltməyin. Kənarda qalan  hissələri möhkəmcə düyünləyin və artıq qalan hissəsini kəsin. Bir qat alüminium folqa sərib, kolbasanı folqaya da bükün.Yəni əvvəl streç salafana, daha sonra folqaya bükülmüş olacaq. Bir qazana kolbasanı yerləşdirin. Üzərinə çıxacaq qədər qaynar su əlavə edib  qapağını bağlayın.Qaynamağa başladıqdan sonra zəif odda 30 dəqiqə bişməyə qoyun. Bişdikdən sonra  kolbasanı sudan çıxarıb  10 dəqiqə qədər soyudun və üzərindən folqanı çıxarın. Kolbasanı dilimləyərək, arzu etdiyiniz şəkildə istifadə edə bilərsiniz. 

Nuş olsun!

 


guldeniz | 2 dekabr 2015 12:00 | Status: Professional user | Şərh: 1 641
Sitat: Əsmər1
Təşəkkürlər
Əsmər1 | 2 dekabr 2015 09:15 | Status: VİP user | Şərh: 1 584
Təşəkkürlər
Dəniz qızı | 2 dekabr 2015 08:58 | Status: Brilliant user | Şərh: 8 017
Atdım seçilmişə.
Ay_Sun | 1 dekabr 2015 21:13 | Status: Brilliant user | Şərh: 13 408
Super hazirlayacam tesekkurler 0109
SEVDA | 1 dekabr 2015 17:24 | Status: Nəzarətçi | Şərh: 17 439
Prob edərəm,tşk...
gece-gunduz | 1 dekabr 2015 17:00 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: B.Fereh
Maraqli ve asand resepte gore tewekkurler!
Gülçin | 1 dekabr 2015 16:00 | Status: Brilliant user | Şərh: 6 780
Bacımın əllərinə sağlıq.

cesur kiz | 1 dekabr 2015 15:41 | Status: Şərhçi | Şərh: 115
men o keklik otuna kek otu deyenner vare onlara cox hirslenirem aytekin super
B.Fereh | 1 dekabr 2015 14:40 | Status: Nəzarətçi | Şərh: 6 975
Maraqli ve asand resepte gore tewekkurler!
Cicim İncim | 1 dekabr 2015 13:56 | Status: Gümüş user | Şərh: 2 456
Nə yaxşı oldu...Təşəkkürlər, Aytəkin xanım...Resept üçün çox sevindim...Uşaqlar çox sevirlər kolbasanı...Özüm də istəmədən , ürəkləri istəyir deyə alıram onlarçun...
Resube | 1 dekabr 2015 10:59 | Status: VİP user | Şərh: 394
Çox sevirem, amma özüm hazırlasam daha yaxşı olar.
ESMERRi | 1 dekabr 2015 10:41 | Status: Brilliant user | Şərh: 5 378
Ev şəraitində hazırlanan kolbasını yeyərəm
Yagis_Negmesi | 1 dekabr 2015 09:55 | Status: Gümüş user | Şərh: 1 614
Demek olarki sevmediyim bir weydi kolbasa

Tesekkur edirem
milashka_167 | 1 dekabr 2015 09:24 | Status: VİP user | Şərh: 1 452
Kalbasa manyaki-"MEN"))
dılay | 1 dekabr 2015 09:24 | Status: Brilliant user | Şərh: 8 183
Magazadan kolbasa almIrIq. Uwqaqlarda dehwet sevirler kolbasanI. Bunu ederem. Tewekkurler.