Mətbəximiz / Dünya mətbəxi

Sadə qiyməli börək

evli ve ofkeli | 5-11-2015, 09:00
4 551 12
 

 
Qiyməli börək
Ərzaqlar:
4 ədəd börək yuxası

300 q bişmiş qiymə (Soğanla, duz və istiot vurulub bişirilmiş)

1 ədəd yumurta

1 st süd

1/2 st zeytun yağı

1/4 st əridilmiş kərə yağı

Balaca dəstə cəfəri

1 x.q çörək otu

Hazırlanması:

Cəfərini təmizləyib, yuyub xırda doğrayıb qiyməyə qarışdırırıq.
Südü və yağları qarışdırırıq.
Qabı yağlayıb yuxanın birini səririk, südlü qarışıqdan töküb yayırıq.
İkinci yuxanı xırdalayıb tökürük. Yenə südlü qarışıqdan töküb yayırıq.
Qiyməni səpirik.
Yenə yuxadan kəsib tökürük və südlü qarışıqdan əlavə edib yayırıq.
Axırıncı yuxanı içəri doğru qatlayıb səririk.
Qalan süd qarışığını və yumurtanı üzünə sürtürük. Çörəkotu səpirik.

210 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk. 

Yumuşaq olsun deyə bişdikdən sonra üstünə su çiləyə bilərsiniz.
Hazır börəyi kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!

Ay_Sun | 13 noyabr 2015 12:09 | Status: Brilliant user | Şərh: 13 408
Sadedir beyendim hazirlayacam tesekkurler.
esma inci | 6 noyabr 2015 23:29 | Status: Gümüş user | Şərh: 1 096
acdm lap yemeli weye oxwayreeeeeeeee
evli ve ofkeli | 6 noyabr 2015 00:00 | Status: Qonaq | Şərh: 0
bismis halda olsun cunki hazir yuvkadan istifade olunur
Elcin sangu........ | 5 noyabr 2015 21:14 | Status: VİP user | Şərh: 631
Sitat: gece-gunduz
arada busirerem
SEVDA | 5 noyabr 2015 19:12 | Status: Nəzarətçi | Şərh: 17 439
Qiymə bişmiş olsun yaymaya səpəndə,yoxsa çiy???
Dəniz qızı | 5 noyabr 2015 16:44 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: milashka_167
Yaxsi gorsenir nese
gece-gunduz | 5 noyabr 2015 13:13 | Status: Gümüş user | Şərh: 1 720
arada busirerem
Nilay | 5 noyabr 2015 11:29 | Status: Qonaq | Şərh: 0
bisirem olsa yiyerem ozum hevessizem bu aralar ..
milashka_167 | 5 noyabr 2015 10:45 | Status: VİP user | Şərh: 1 452
Yaxsi gorsenir nese
Əsmər1 | 5 noyabr 2015 09:31 | Status: VİP user | Şərh: 1 584
Amma pendirli olsa yaxşı olardı.Təşəkkürlər
ESMERRi | 5 noyabr 2015 09:11 | Status: Brilliant user | Şərh: 5 378
Mmmm dadlıdı
dılay | 5 noyabr 2015 09:09 | Status: Brilliant user | Şərh: 8 183
Men pendirli xowlayIram