Mətbəximiz / Dünya mətbəxi

Qeyri-adi buterbrod (fotoresept)

Aytekin82 | 15-09-2015, 09:00
3 954 4


Boş vaxtlarımda həmişə müxtəlif saytlardan maraqlı yemək reseptləri axtarıram. Bu resepti də bir rus saytından tərcümə elədim. Mənə elə gəlir ki, bunu hazırlasanız həm uşaqlarınızı, həm də ümumən sevdiklərinizi sevindirmiş olarsınız  :love:
Lazım olan vəsaitlər:
1 baton çörək
2-3 ədəd kartof
1 ədəd soğan
200 qr. farş (dana əti və ya toyuq əti)
50 qr. holland pendiri
1 ədəd yumurta
Duz, zövqə görə ədviyyat
Hazırlanması:
 


Kartof və soğan təmizlənir və sürtgəcdən keçirirlir. 
Bura çəkilmiş farş əlavə olunur. Yumurta duz, istiot da vurulur. Pendir sürtgəcdən keçirilir və farşa əlavə olunur. Ehmalca qarışdırılır.


Fal- fal doğranmış çörəyin üstünə içlik qoyulur və əvvəlcə içlik olan tərəfi, sonra isə çörək olan tərəfi  yağda qızardılır.


Xırt-xırtlı, isti və dadlı buterbrodumuz hazırdır.

Nuş olsun!


Ay_Sun | 4 oktyabr 2015 11:36 | Status: Brilliant user | Şərh: 13 408
Ela cox dadli ve sade ,tesekkur bacim.
Dəniz qızı | 17 sentyabr 2015 18:37 | Status: Brilliant user | Şərh: 8 017
Lap yemək istədim.
sama633 | 15 sentyabr 2015 17:24 | Status: Şərhçi | Şərh: 422
super əla bəyəndim və hazırlayacam
BULUTUM | 15 sentyabr 2015 09:14 | Status: Professional user | Şərh: 7 387
Ne dadli gorunur beh beh.*Tewekkurler*