Mətbəximiz / Dünya mətbəxi

Baxın, dadlı hind xörəklərini necə bişirməli - bu çox asandır!(video)

Banu. | 11-09-2015, 09:00
2 483 8
Baxın, dadlı hind xörəklərini necə bişirməli - bu çox asandır!(video)


Blenderdə cəfərini, acı bibəri və 10 dənə keşyu qozunu qarışdırın. Bizə həmçinin də sarımsaq-zəncəfil pastası lazım olacaq. Bunun üçün biz blenderdə eyni miqdarda götürülmüş sarımsaq və zəncəfil kökünü qarışdırdıq.

Əti ədviyyəli və ətirli etmək üçün tavaya bir qədər zeytun yağı tökün, yağa sürtülmüş keşniş tumu və zirə əlavə edirik. Ədviyyatları bir neçə dəqiqə qızardırıq,
sonra iki qaşıq sarımsaq-zəncəfil pastası və kokos yonqarı əlavə edirik.

Bir dəqiqə qızardırıq, cəfəri sousu əlavə edirik və sous qatılaşana qədər qızardırıq. Toyuq filesini, yarım limonun şirəsini əlavə edirik, yaxşıca qarışdırırıq, yarım stəkan yoqurt və bir az duz əlavə edirik. Qapağı bağlayırıq, oddan götürürük və kənara qoyuruq ki, marinadlaşsın.

İndi isə qarnir hazırlayırıq. Hazır düyünü boşqaba qoyuruq. Sonra saman kimi doğranmış kökü dərin tavada brokkoli ilə bir yerdə qızardırıq. Qara istiot və sarıkök vururuq. Tərəvəzləri düyünün üstünə qoyuruq. Marinadlaşmış toyuğu orta oda qoyuruq və 10 dəqiqə qızardırıq.

Souslu toyuq parçalarını qarnirin ətrafında qoyuruq və ənənəvi hind resepti üzrə hazırlanmış dadlı və xeyirli souslu toyuqdan zövq alırıq.
 




Ay_Sun | 3 oktyabr 2015 13:35 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Bunların yemeklerini beyenmirem...

mende
SEVDA | 13 sentyabr 2015 01:13 | Status: Nəzarətçi | Şərh: 17 439
Bunların yemeklerini beyenmirem...
Cicim İncim | 12 sentyabr 2015 01:17 | Status: Gümüş user | Şərh: 2 456
Kokos yonqarı bütün marketlərdə satılır.
vanessa0 | 11 sentyabr 2015 16:42 | Status: Gümüş user | Şərh: 449
Kokos yonqarı? O nedi ki,hardan tapaq onu,amma men de sevmirem hind yemeklerini Amaciden yadımda qalıb,dadlı olmurlar,qeribe olurlar
Dəniz qızı | 11 sentyabr 2015 16:06 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: Cicim İncim
Hind yeməklərini nəfsim çəkmir, ürəyimə yatmır...

sad
Cicim İncim | 11 sentyabr 2015 12:27 | Status: Gümüş user | Şərh: 2 456
Hind yeməklərini nəfsim çəkmir, ürəyimə yatmır...
Nilay | 11 sentyabr 2015 12:24 | Status: Qonaq | Şərh: 0
hindlilerin yemekleri dadli olmur
Mansi | 11 sentyabr 2015 09:49 | Status: Şərhçi | Şərh: 344
çətin bunu bizimkilər yeyə