Mətbəximiz / Dünya mətbəxi

Evdə lahmacun hazirlayaq

gul sevinc | 16-05-2015, 09:00
6 376 14



Xəmiri Üçün:

1 su stəkanı ilıq su,
2 yemək qaşığı zeytun yağı,
1 çay qaşığı duz,
1 çay qaşığı toz şəkər,
1 çay  qaşığı quru maya,
3 su stəkanı un.
Üzəri üçün:

200 qr orta yağlı qıymə,
1 ədəd böyük soğan (rəndələnmiş),
1 ş.q. tomat pastası,
1 ç.q. acı bibər pastası,
2 ədəd pomidor (qabıqları soyulub rəndələnmiş),
2 diş sarımsaq (rəndələnmiş),
2 ədəd acı bibər (incə doğranmış),
Yarım dəstə cəfəri (incə doğranmış),
1 çay qaşığı qırmızı toz bibər,
duz,
Təzə çəkilmiş qara bibər.

Xəmiri üçün:  Undan başqa  digər vəsaitlər qarışdırılır.
Üzərinə un əlavə edib xəmir  yoğurulur və üzəri streç ilə bağlanıb, ilıq bir yerdə 1 saat saxlanılır.

Üzəri üçün; geniş bir qabda bütün vəsaitlər  yaxşıca qarışdırılır.

Xəmirdən  naringi böyüklüyündə parçalar kəsilir.
Yüngül unlanmış taxtanın üzərində orta irilikdə açılır. 
Tava yağlanır və açılmış xəmir tavaya yerləşdirilir. Üstünə 2 x.q. içlik qoyulub yayılır.
Tavanın qapağı  bağlanıb, təxminən 5-10 dəqiqə ərzində vam odda bişirilir.
Nuş olsun!

Ay_Sun | 30 may 2015 03:22 | Status: Brilliant user | Şərh: 13 408
Mende lezzetli hazirlayiram lahmacunu.
aynur azimova | 20 may 2015 15:45 | Status: Qonaq | Şərh: 0
tewekkurler
esma inci | 19 may 2015 16:20 | Status: Gümüş user | Şərh: 1 096
lahmacun asandi men qeyri qdi oldugnu blrdm ama yeyenden sora gordumku ele deyl eksine asandi
Sunay Elizade | 18 may 2015 12:02 | Status: Gümüş user | Şərh: 2 156
nece ede bilirsiniz biz hec ede bilmirik ancaq sifaris veriy
Sariwka1 | 18 may 2015 09:59 | Status: VİP user | Şərh: 1 774
Sitat: Gülçin-70
Reseptə görə təşəkkür edirəm, atdım seçilmişlərimə.
Dəniz qızı | 18 may 2015 07:57 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: Aytekin82
Mən tavada eləməmişəm, elə bu gün bunu prob edəcəm..
Əla.. 0140

Canım elədinmi?Yaxşıdısa biz də eləyək.
boris arxan | 18 may 2015 00:51 | Status: Professional user | Şərh: 4 784
Sitat: SEVDA
Hazırlayacam mütleq,twk...
SEVDA | 16 may 2015 23:01 | Status: Nəzarətçi | Şərh: 17 439
Hazırlayacam mütleq,twk...
Ag Gul | 16 may 2015 15:02 | Status: Professional user | Şərh: 4 333
Ləzzətlidir nyam nyam
Gülçin | 16 may 2015 13:08 | Status: Brilliant user | Şərh: 6 780
Reseptə görə təşəkkür edirəm, atdım seçilmişlərimə.
Real Madrid CF | 16 may 2015 13:07 | Status: Qonaq | Şərh: 0
Ayyy cok isterdim amma olmaz kokeldir ustelik terkibinde et var mense et yemirem.
Aytekin82 | 16 may 2015 13:03 | Status: Brilliant user | Şərh: 6 587
Mən tavada eləməmişəm, elə bu gün bunu prob edəcəm..
Əla.. 0140
kristal | 16 may 2015 12:21 | Status: VİP user | Şərh: 1 184
Onsuzda her weyi evde ozum hazirlayiram.wirniyyarlari butun yemekleri.
Lahmacunu hec olmasa hazir yeyek .kuxnada qalmiwiam butun gunu feel
nilay87 | 16 may 2015 09:27 | Status: Şərhçi | Şərh: 303
tstskler.elinize sagliq.lahmacun xoslayiraxoslayiram.yoxlayaram gorum o dadi verecek.