Mətbəximiz / Balıq yeməkləri
Ləziz delikates - Xərçəng
dr.Samira | 22-10-2012, 11:57
15 605 50
Çay xərçəngi,mənim ən sevdiyim təamlardan biridir,xərçəng-istənilən süfrə üçün çox ləziz bir qəlyanaltıdır.
Adi çay xərçəngi yaşıl,qonur rəngli zirehə malikdir və yalnız qaynadıldДıqda qırmızı rəng alır.Bu,yüksək temperaturun təsirindən yaranan karatinoid astaksantinin hesabına baş verir.Xərçəngin əti Kalsium,E və B12vitaminləri,eləcə də asan həzmolunan zülallarla zəngindir.Bu qəlyanaltının tərkibində zərəli yağlar olmadığından,pəhriz yeməyi də hesab olunur.Onun hazırlanmasının bir neçə üsulu var.Mən sizə ən asan növlərindən birini təqdim eləmək istəyirəm.
Lazım olan ərzaqlar:
Çay xərçəngi-50 ədəd
Limon-2 ədəd
Dəfnə yarpağı-7-8 ədəd
Şüyüd -yarəım dəstə
cəfəri-yarım dəstə
duz- 1 litr suya 1 xörək qaşığı hesabı ilə
Hazılanma qaydası:
5 litr suyu bir qazana töküb qaynamağa qoyun,qaynayana yaxın,içərisinə 4 yerə bölünmüş limonları,dəfnə yarpaqlarını,şüyüdü,cəfəririni,duzu və istiotu da əlavə edib tam qaynadın.Sonra isə,axar suda yuduğunuz xərçəngləri ,diri-diri həmin qazana atın və 25 dəqiqə daha qaynadın.Sonra qazı söndürün və 5 dəqiqə həmin suda qaldəqdan sonra,xərçəngləri çıxardıb süfrəyə qoymaq üçün hazırlaya bilərsiniz.Nuş olsun!!