Mətbəximiz / Balıq yeməkləri
Yaponsayağı dadlı balıq kotleti
Banu. | 29-09-2015, 09:00
2 997 8
Ərzaq (2 porsiya üçün)
qarğıdalı unu – 20 qram
balıq filesi – 500 qram
bitki yağı – 40 qram
şəkər tozu – 20 qram
duz, istiot
yumurta – 4 ədəd
ağ şərab – 20 qram
Hazırlanması:
Balıq filesi ət çəkən maşından keçirilir, qarğıdalı unu, yumurtanın sarısı, yumurtanın ağı ilə
çalınmış şərab qatılır, duz və istiot vurulur. Sonra qızılı rəngə çalana kimi tavada yağda qızardılır,
soyudulur. Süfrəyə tərəvəz salatı və kartofla verilir.
Nuş olsun!