Mətbəximiz / Balıq yeməkləri
Marinada qoyulmuş qızılbalıq
Banu. | 12-09-2015, 09:00
2 607 4
Mərci sousu ilə marinada qoyulmuş qızılbalığın resepti
Dəniz məhsulları fransız mətbəxində əhəmiyyətli rol oynayır. Marinada qoyulmuş qızılbalıq həm sağlamlıq üçün yaxşıdır, həm də ecazkar dada malikdir.
İnqrediyentlər
100 q yaşıl mərci 3 tikə sümüklərdən təmizlənmiş təzə qızılbalıq 1 şalot soğanı kublara doğranılmış kökün yarısı 1 sarımsaq dişi 3 qara istiot dənəsi dəfnə yarpağı Sous: 1 ½ yemək qaşığı soya sousu 1 yemək qaşığı yağ bir çimdik doğranılmış zəncəfil bir çimdik vasabi tozu kublara doğranılmış şalot soğanı Marinad: ½ stəkan su ¼ stəkan limon şirəsi ½ stəkan yüngül soya sousu bir çimdik doğranılmış zəncəfil bir böyük çimdik vasabi tozu doğranılmış sarımsaq dişi
Hazırlanma
- Marinadın inqrediyentlərini qarışdırın, əmələ gəlmiş qarışığı qızılbalığın üstünə tökün, sonra isə onu bir neçə saata soyuducuya qoyun.
- Mərcini istiot dənələri, sarımsaq və dəfnə yarpağı ilə bişirin, sonda duzu qatın. Bişirilmiş mərci bərk qalmalıdır.
- Kökü bir az suda qaynadın, qurudun və soyuq suya qoyub soyudun ki, bərk qalsın.
- Mərcini, kökü, şalot soğanını və sousu qarışdırın. Bir müddət gözləyin ki, dadlar bir birinə qarışsın.
- Qızılbalığı marinaddan çıxardın, qurudun, nazik dilimlərə doğrayın.
Süfrəyə verilmə: Dilimləri boşqaba düzün, üstünü mərci salatı ilə örtün.