Mətbəximiz / Balıq yeməkləri
Balıq buğlaması
Aytekin82 | 22-05-2015, 09:00
7 772 20
Sizlərə bizim evdə tez-tez bişən bir balıq yeməyinin reseptin təqdim edirəm.
Lazım olan vəsaitlər (3-4 nəfər üçün):
1 ədəd balıq
2 kartof
1 soğan
1 bibər
1 pomidor
keşniş, şüyüd, reyhan
duz, istiot
Hazırlanması:
Balıq 4-5 yerə bölünür. Tavaya əvvəlcə xırda doğranmış soğan qoyulur.
Sonra balıq və kartof düzülür. üstündən xırda doğranmış bibər və pomidor, duz, istiot əlavə olunur.
Yarım stəkan qaynar su tökülür və bir tikə kərə yağı qoyulur.
Qapağı örtülüb vam odda 30-35 dəqiqə bişirilir. Bişənə yaxın göyərti əlavə olunur.
Buğlamamız hazırdır.
Nuş olsun!