Mətbəximiz / Balıq yeməkləri

Balıq Ləvəngi

Aynur_Qurbanqizi | 7-02-2011, 19:04
8 263 68

Balıq Ləvəngi

6-8 porsiya üçün nəzərdə tutulub

1 ədəd iri kütüm
1  ədəd iri baş soğan
1 ½ stəkan qoz ləpəsi
2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
zövqə görə duz
zövqə görə istiot

1. Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın.  Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.

2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın.  Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.

3. Sobanı 180˚C-dək qızdırın.

4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin.

 

 

5. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində ) bişirin.

6. Yanında narşarabla süfrəyə verin. Nuş Olsun!

 

Müəllif: Fəridə

 


dılay | 14 mart 2016 01:04 | Status: Brilliant user | Şərh: 8 183
Cox sevirem levengini...
Tunar_89 | 14 may 2015 21:01 | Status: Qonaq | Şərh: 0
baliqin xestesiyik ailelikce
Sunay Elizade | 17 aprel 2015 10:30 | Status: Gümüş user | Şərh: 2 156
ela xeberdi tsk
SARA55 | 28 fevral 2015 01:55 | Status: Qonaq | Şərh: 0
çox dadlı olur gərək sabah hazırlayam inşallah
my life is music | 3 fevral 2015 18:15 | Status: Gümüş user | Şərh: 736
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
ayka wirinka | 24 dekabr 2014 11:07 | Status: Şərhçi | Şərh: 233
baligi sevdiyimcun yaziram
Meqa | 20 noyabr 2014 19:56 | Status: Professional user | Şərh: 2 077
balığın ləvəngisini xoslamıram
esmar | 28 avqust 2014 22:08 | Status: Şərhçi | Şərh: 111
balığı xoşladığımçün maraqlıdı
Zulya | 30 iyul 2014 18:59 | Status: Gümüş user | Şərh: 1 640
Baligi cox sevirem
N....N92 | 19 iyul 2014 16:45 | Status: Professional user | Şərh: 4 351
qışda hazırlayırıq tez-tez
Ay_Sun | 8 iyul 2014 15:49 | Status: Brilliant user | Şərh: 13 408
Cox sevirem levengini.Yoldasimda cox sevir tez-tez hazirlayiram.Tesekkur
SABINA | 26 may 2014 10:49 | Status: Professional user | Şərh: 7 410
ELA DADI OLUR/COX XOSLAYIRAM LEVENGINI
HESENIM | 8 aprel 2014 19:24 | Status: Gümüş user | Şərh: 1 262
TALISDAR QESEY BISIRIR BU YEMEYI
pirenses | 13 mart 2014 16:17 | Status: VİP user | Şərh: 1 397
QESENG GORUNUR TSKLER..
Nur | 4 mart 2014 13:18 | Status: Professional user | Şərh: 3 988
beh beh ne qeseng,tesekkurler
M.Aliyeva | 18 yanvar 2014 20:31 | Status: Gümüş user | Şərh: 1 970
COX SEVIREM AMMA BALIGI TEMIZLEMEYI YOX .
shela | 3 yanvar 2014 18:44 | Status: Gümüş user | Şərh: 2 910
Eynen bele edirem men dee
NURLU | 4 dekabr 2013 11:49 | Status: Professional user | Şərh: 5 552
bele bisen levenginin dadi yaxsi olmur,men size insallah yeni ilde toyuq levengisi bisirib qoyacam sayta baxarsiz levengi nece olur
Damla A-va | 25 oktyabr 2013 21:05 | Status: VİP user | Şərh: 616
tewekkurler
Nur | 24 oktyabr 2013 09:45 | Status: Professional user | Şərh: 3 988
baligi cox sevirem,levenginide,cox sagolun
Melek | 14 oktyabr 2013 23:28 | Status: Gümüş user | Şərh: 914
Baliq Yemeklerini Cox Sevirem Tewekkurler Resept Ucun
Alice | 26 sentyabr 2013 14:26 | Status: Professional user | Şərh: 5 020
BALIĞI AZ-AZ YEYİRƏM.
Munisə | 26 sentyabr 2013 14:08 | Status: Qonaq | Şərh: 0
Yeməyi də sevirəm,hazırlamağı da _define084
Qanad | 19 iyun 2013 10:43 | Status: Yazar | Şərh: 4 357
Toyuq levengisini daha cox xoslayiram
Sehri. | 12 iyun 2013 15:54 | Status: Qonaq | Şərh: 0
Ən sevdiyim yeməklərdəndir.Təşəkkürlər.
Sevgi yolu | 1 iyun 2013 19:54 | Status: Qonaq | Şərh: 0
ox ayyy olsaydi ela olardiyeee
jasmin7 | 30 may 2013 17:18 | Status: VİP user | Şərh: 745
DESELER BIR OMUR BALIQ YIYERSEN RAZLAWARAM
Sabahım. | 27 may 2013 20:36 | Status: Professional user | Şərh: 3 359
CƏNUBDA BALIĞI TİKMİRLƏR.
Leyla. | 25 may 2013 17:49 | Status: Professional user | Şərh: 2 597
baliqi sevirem ellerinize sagliq dadli gornusu var.
Akademik | 17 may 2013 15:20 | Status: Professional user | Şərh: 4 580
bəh-bəh, əla, super.