Mətbəximiz / Balıq yeməkləri

Göyərtili balıq kotleti

Aytekin82 | 16-06-2014, 09:00
16 941 34


Sizi bilmirəm, biz "kotletsevərlər cəmiyyətinin üzvləri” olduğumuzdan yana fərq etməz ki, ət kotleti, badımcan kotleti, kartof kotleti və ya balıq kotleti, hamısını ləzzətlə yeyirik.
Təki hər gün kotlet bişsin...  wink
Bu kotleti təzə kilkə balığından və ya hər hansı sümüyü az olan balıqdan bişirmək olar.
Azərbaycanımızda balığın çeşidləri kifayət qədərdir.
Onu da deyim ki, balıq kotleti çox yumşaq, şirəli və dadlı olur.

Lazım olacaq ərzaqlar:

Balıq əti – 700 qr
3 – 4 tikə boyat çörək
100 qr – süd
Göyərti – keşniş, şüyüd, reyhan, cəfəri və göy soğan (hamısı birlikdə 1 dəstə qədər)
Üyüdülmüş suxari
Zövqə görə duz, istiot
Duru yağ
 
Hazırlanması:
Əvvəlcə  iti bıçaqla balığın bel sümüyü ətdən təmizlənib çıxarılır.


Boyat çörək süddə isladılır.
 


Balığın əti çörəklə birgə  ət maşınından keçirilir.


Göyərtilərin ancaq yarpaq hissələri narın doğranır.
Yaxşıca qarışdırılır. Duz, istiot vurulur.


Bir nimçəyə suxari tökülür. Əldə yumrulanmış kotlet suxarinin içində yastıladılır. Hər iki tərəfli...
 


Qızdırılmış duru yağda hər 2 tərəfi  5 dəqiqə qızardılır.
 



Nuş olsun!



 


ESMERRi | 10 aprel 2016 12:11 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: B.Fereh
BEYENDIM RESEPTI,TWK.
B.Fereh | 26 mart 2016 12:14 | Status: Nəzarətçi | Şərh: 6 975
BEYENDIM RESEPTI,TWK.
Sunay Elizade | 23 may 2015 23:58 | Status: Gümüş user | Şərh: 2 156
cox sevirem baliq kotletin twk canim....
Tunar_89 | 20 may 2015 22:49 | Status: Qonaq | Şərh: 0
olsa indi yeyerdim
my life is music | 1 fevral 2015 18:24 | Status: Gümüş user | Şərh: 736
baligi sevirem
ada.. | 10 oktyabr 2014 07:59 | Status: Qonaq | Şərh: 0
Beh beh.......
esmar | 28 avqust 2014 22:06 | Status: Şərhçi | Şərh: 111
görünüşü xoşuma gəldi.yoxlayacam
dream reality | 7 iyul 2014 13:29 | Status: Professional user | Şərh: 1 449
baliq yemeklerine nifret eliyirem
FLOVERandGİRL | 6 iyul 2014 14:21 | Status: Professional user | Şərh: 3 251
həkim gözümə görə mənə çoxlu balıq yeməyi məsləhət gördü
Lumia | 18 iyun 2014 17:39 | Status: Professional user | Şərh: 5 378
Anam tez-tez edir baliq kotleti,lezzetli olur.Tesekkurler Aykam.
ŞehZam | 17 iyun 2014 16:06 | Status: Professional user | Şərh: 2 577
Tərkibində balıq olan bütün təamları sevirəm. Təşəkkürlər.
P.S Lap ürəyim istədiyee recourse
boris arxan | 17 iyun 2014 15:29 | Status: Professional user | Şərh: 4 784
dadli olmalidi twk
MELEK_ | 17 iyun 2014 09:48 | Status: Professional user | Şərh: 3 949
men de istedim, hazirlayanda menim ucun de 1 pors saxla
Qanad | 17 iyun 2014 08:03 | Status: Yazar | Şərh: 4 357
Beyendim.Biwirirem.Ara sira.
NaraAzer | 17 iyun 2014 01:41 | Status: Professional user | Şərh: 1 373
eladi tesekkurler,amma mende yaxsi alinmir nese
duygu22 | 16 iyun 2014 23:45 | Status: Qonaq | Şərh: 0
qesey gorunur tongue nyam nyam
Röyamsan. | 16 iyun 2014 21:42 | Status: Brilliant user | Şərh: 6 102
Balıq kotleti yemişəm çox bəyənirəm balıq yeməklərini.
Nurus. | 16 iyun 2014 21:09 | Status: Brilliant user | Şərh: 6 982
Vay-vay- vay.İşden biraz olar gelmisem,amma hele yemek yememisem.Şəkilləri görəndə lap şişdimeeeeee.Aytekin,bele lemede baci,acama axiiiiiiiiiiii.Cox gozel gorseniree
N....N92 | 16 iyun 2014 20:25 | Status: Professional user | Şərh: 4 351
bundan biraz qabaq yemisem ela dadi var twk
Naranin Ureyi | 16 iyun 2014 20:22 | Status: Gümüş user | Şərh: 1 577
Baliq kotleti yememiwem.Yeqin yaxwi olar.Tewekkurler.
Ayan92 | 16 iyun 2014 19:39 | Status: Professional user | Şərh: 3 056
Xeyirli olsa da, mən balığı qətiyyən xoşlamıram.
Yalnız ət kotletini çox sevirəm.Təşəkkürlər
NAZMIYYE | 16 iyun 2014 19:10 | Status: Qonaq | Şərh: 0
TESEKKUR RESEPTE
Nergiz love | 16 iyun 2014 18:42 | Status: Professional user | Şərh: 7 871
PAHU NE DADLI GORSENIRLER DUZUN DESEM HEC VAXT KATLET GORMASINDA ETMEMSEM BALIQI AMA SINAQDAN KECRECEM TESEKKUR RESEPTE GORE
Girl | 16 iyun 2014 15:05 | Status: Professional user | Şərh: 8 206
Tərkibində balıq varsa xoşlamıram..((
indra | 16 iyun 2014 14:45 | Status: VİP user | Şərh: 908
Beh beh iştahim açildi
nurane55 | 16 iyun 2014 13:15 | Status: Professional user | Şərh: 1 849
Sitat: Meryem_Duyqu
Kotleti çox sevirəm..

Mən də canım.Elə balıq kotletini də xoşlayıram.Özüm etməmişəm,anam edirdi həmişə,amma sümüklü balıqla yox,sümüksüz laxa balığı ilə.Çox dadlı olurdu.
Meryem_Duyqu | 16 iyun 2014 12:58 | Status: Yazar | Şərh: 4 130
Kotleti çox sevirəm...Bu reseptidə, atdım seçilmiş xəbərlər siyahısına.Təşəkkürlər Aytəkin xanım.
ŞokaLaTovA PeÇeNyA. | 16 iyun 2014 12:11 | Status: Gümüş user | Şərh: 2 059
Baligi cox sevirem umimlikde borsdan basqa her yemeyi sevirem 0105
Nur | 16 iyun 2014 11:36 | Status: Professional user | Şərh: 3 988
bir ara mende eliyirdim,son vaxtlar elemirem,gerek yene eliyim,ama indi istidi axi,mence soyuq aylarda elesek yaxsi olar hee????
tesekkurler baci ellerin var olsun
Gülçin | 16 iyun 2014 11:19 | Status: Brilliant user | Şərh: 6 780
Teşekkürler, atdim seçilmişlere. 0140