Mətbəximiz / Balıq yeməkləri

Lənkəranın axır çərşənbə süfrəsinin kütüm ləvəngisi

Sabahım. | 4-03-2014, 09:00
7 831 48


 

 орнамент из цветов

 Artıq  ilk  çərşənbəni  qarşıladıq. Deməli  tez, gözümüzü  açıb-yumunca  axır  çərşənbə də  gələcək. Axır  çərşənbədə süfrənin  bəzəyi  balıq,  əsasən  kütüm  balığıdır. Lənkəranlılar bu  bayram  axşamı  kütümü   özlərinə  məxsus  bişirirlər. Hələ  kütüm  əgər  axır  çərşənbə  gecəsi  bişiriləcəksə, bunun  təmizlənməsi  də   özəl  olur. Bu  zaman kütümün  quyruğu  kəsilmir, pulcuqları  təmizlənmir-bu  da    onunla  izah  olunur  ki, guya   pulcuqlar  təmizlənsə  ilin  var-dövləti  bərəkəti  gedər. Qulağının  içindəki  qəlsəmələr  də  təmizlənmir. Əsasən  kürülü  kütüm  götürülür.

 

Lazım olan  ərzaqlar:

  İri  kürülü  kütüm
  Qoz - 0,5  kq
  Soğan - 3 ədəd
             1 dəstə  çöldə bitən  zincilov
                  Duz, istiot, sumax, alça, ya  göyəm  turşusu

 Hazırlanma  qaydası:

 Kütüm  yuxarıdakı  qaydada  təmizlənib  yuyulur. İçərisinin  dərin  əti  bıçaqla  kəsilir ki, yaxşı  duz,  istiot  götürsün. Sonra  yaxşıca  istiotlanıb  duzlanır,  turşulanır. Əvvəlcə  ayrıca qoz, sonra  soğan  ətçəkən  maşından  kecirilir. Çəkilmiş  soğan  tənzifdə  sıxılaraq  suyu  çıxarılır, çəkilmiş  qoza  qatılır. Kürünün  də  pərdəsi  kürüdən   ayrılır, xırda  doğranmış  zincilova  qatılır. (Zincilov  özünə məxsus  iyi  və  dadı  olan  otdur,  çöldə  bitir. ) Sonra  bunlar  bir-birinə  qatılaraq  yaxşıca  qarışdırılır. Bu  qarışığa  duz, istiot, turşu  da  vurulur. Kütüm  tavaya  arxası  üstə  qarnının  kəsilmiş  hissəsi  aralanaraq qoyulur , sonra  qulaqları  və  qarnı  hazır  ləvəngi  ilə  doldurulur.Balıq  180  dərəcədə  elektirik  peçində  bişirilir. Başqa yerlərdən fərqli  olaraq bizdə  balığın  qarnı  tikilmir.
 Axır  çərşənbədə  Lənkəranda  balığın  başı yeyilməz. Bişən  kimi  balığın  başı  gövdəsindən  ayrılır  və  çərşənbə  xonçasına    ağzına qızıl  qoyaraq   qoyurlar.
 

Çərşənbələriniz  mübarək! İnşallah  sizə   Lənkəranın  axır  çərşənbəsinin  başqa  yeməklərini  də  təqdim  edəcəm.
 

 
Redaktə etdi: Sadəcə MƏN

ESMERRi | 10 aprel 2016 12:06 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ESMERRi
Sitat: Nagizade.Leyla
Baliq levengisini xoslamiram
B.Fereh | 26 mart 2016 12:12 | Status: Nəzarətçi | Şərh: 6 975
YOLDAWIM LEVENGI XOWLAMIR.
ESMERRi | 6 mart 2016 21:32 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Nagizade.Leyla
Baliq levengisini xoslamiram
dılay | 15 noyabr 2015 14:51 | Status: Brilliant user | Şərh: 8 183
Beh beh:h::hhhhhhhhhhhHhhhhhhhhhh
Nagizade.Leyla | 9 iyun 2015 11:05 | Status: VİP user | Şərh: 1 321
Baliq levengisini xoslamiram
nuraney82 | 29 may 2015 12:07 | Status: Qonaq | Şərh: 0
cox lezetli olur
Sunay Elizade | 23 may 2015 23:57 | Status: Gümüş user | Şərh: 2 156
super gornusu var twk canim..
Real Madrid CF | 7 may 2015 00:24 | Status: Qonaq | Şərh: 0
Sitat: my life is music
nese gozum su icmir

neden?
Real Madrid CF | 20 mart 2015 14:02 | Status: Qonaq | Şərh: 0
TESEKKURLER.
ayka wirinka | 18 mart 2015 12:44 | Status: Şərhçi | Şərh: 233
cox lezzetli gorunur cersenbenizde mubarek
NURELKA | 25 fevral 2015 22:25 | Status: Qonaq | Şərh: 0
təşəkkürlər
nurlana nurlana | 22 fevral 2015 10:23 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: CUCİ
Supper beyendim

Sitat: CUCİ
Supper beyendim
SABINA | 1 fevral 2015 18:28 | Status: Professional user | Şərh: 7 410
Supper beyendim
my life is music | 1 fevral 2015 18:25 | Status: Gümüş user | Şərh: 736
nese gozum su icmir
Ay_Sun | 26 oktyabr 2014 15:58 | Status: Brilliant user | Şərh: 13 408
Baliq yemeklerini cox sevirem.resept ucun tesekkur.
Zulya | 31 iyul 2014 17:05 | Status: Gümüş user | Şərh: 1 640
Baligi sevirem
FLOVERandGİRL | 6 iyul 2014 14:23 | Status: Professional user | Şərh: 3 251
anam bizə hindi ləvəngi eliyir
sweet_girl | 31 may 2014 00:34 | Status: Şərhçi | Şərh: 585
Lenkeranin yemekleri cooox dadli olur,xusesende baliq.
clevergirl | 10 aprel 2014 12:55 | Status: Qonaq | Şərh: 0
Ellerinize saqliq tesekkurler
Sekine Hesen | 7 mart 2014 12:39 | Status: Gümüş user | Şərh: 3 112
ay  baliq olsada yesek haziri vereler oturub iwtahnan yeyeremki
yalniz arzu | 6 mart 2014 22:58 | Status: Gümüş user | Şərh: 1 759
ÇOX LƏZZƏTLİ BİR YEMƏK.ƏLLƏRİNİZƏ SAGLIQ.SABAHIM XANIM.

ÇOX LƏZZƏTLİ BİR YEMƏK.ƏLLƏRİNİZƏ SAGLIQ.SABAHIM XANIM.
gulya20 | 5 mart 2014 03:08 | Status: Professional user | Şərh: 4 677
Dadli gorunur ellerinize sagliq.
Çərşənbəniz mübarək
əliyeva çinarə | 4 mart 2014 20:31 | Status: Qonaq | Şərh: 0
cox dadli gounur ellerinize sagliq sabahim xanim tesekkurler
Girl | 4 mart 2014 20:24 | Status: Professional user | Şərh: 8 206
beh beh beh ne dadli gorsenir bu balig :D
Lumia | 4 mart 2014 19:17 | Status: Professional user | Şərh: 5 378
Cox sevirem kutum levengisini.Atamin bir lenkeranli dostu var,restoran isledir Bakida.Bize tez-tez kutum levengisi getirir.Ailelikce sevirik.Tesekkurler Sabahim xanim.
pirenses | 4 mart 2014 18:24 | Status: VİP user | Şərh: 1 397
GOZEL GORUNUR..TSK ELLERINE SAGLIQ SABAHIM....
Damla | 4 mart 2014 17:04 | Status: Brilliant user | Şərh: 7 177
beh-beh!bu kutumden cox yemiwem mehz cerwenbelerde..qapi qonwumuz canim Remiw oyredib bize...Ellerinize sagliq!
Sabahım. | 4 mart 2014 16:50 | Status: Professional user | Şərh: 3 359
ŞƏRH  YAZAN HƏR  KƏSƏ  TƏŞƏKKÜRLƏR.BAYRAM SÜFRƏNİZ  BOL  ÜZÜNÜZ  GÜLƏR OLSUN.BAYRAMI  HƏMİŞƏ  BAYRAM KİMİ  QARŞILAYASIZ.
Ulviyye | 4 mart 2014 15:52 | Status: Gümüş user | Şərh: 2 839
Cox xosalyram elerinize saliq
SEVDA | 4 mart 2014 15:45 | Status: Nəzarətçi | Şərh: 17 439
resepte göre twk....