Mətbəximiz / Şirniyyat

Şokoladlı peçenye və blinçik (2 resept + foto)

luce | 25-08-2012, 09:00
7 179 59

Şkoladlı peçenyelər.

 

Şokoladlı peçenye və blinçik (2 resept + foto)

 

Vəsaitlər:

3 yumurta

4 stəkan un

125 qr. yağ

1 stəkan toz şəkər

100 qr. əridilmiş bitter şokolad

1 stəkan döyülmüş fındıq

1/2 paket qabartma tozu

Hazırlanması:

Yumurtaların sarılarına 125 qr. yağı əlavə edib qarışdırın. Unu, şəkəri, qabartma tozunu əlavə edin və qarışdırın.    Xəmir edin.

Xəmirdən kiçik parçalar götürün və istədiyiniz şəkli verin. Şəkil verdiyiniz xəmirin bir üzünə yumurta ağını bulayıp üzərinə fındıq səpin.

Fındıq səpdiyiniz şəkil verdiyiniz xəmirləri nimçəyə düzün və orta istilikli sobada qızarana qədər bişirin. Bişirmə əməliyyatı bitdikdən sonra üzərinə ərimiş şokolad gəzdirin.

 Budur uşaqlarınızın yeməyi olan mükəmməl peçenyelər.

 

 Nuş olsun!

 

Şokoladlı peçenye və blinçik (2 resept + foto)

 

 

Şokoladlı blinçik.

Şokoladlı peçenye və blinçik (2 resept + foto)

 

Vəsaitlər

 

3 stəkan un

2 ədəd yumurta

2 çay qaşığı  duz

1 yemək qaşığı şəkər

3 stəkan süd

Yarım stəkan duru yağ

Şokolad sousu

Hazırlanması:

-Yuxarıda verdiyimiz bütün vəsaiti qarışdırıb keks xəmirindən bir az daha axıcı bir qarışıq əldə edin.

-Əgər qarışıq çox axıcı olsa bir az un, çox qatı olsa da bir az süd əlavə edərək qarışığı hazırlaya bilərsiniz.

-Əvvəldən isidilib yüngül yağlanılmış teflon tavaya bu qarışıqdan bir çömçə töküb paylayaraq altını və üstünü bərabər şəkildə bişirərək blinçiklər hazırlayın.

-Son olaraq bir üzünə şokolad sousu sürtüb rulet halında bükün.

 

Qeyd: İstəsəniz uşağınızın sevdiyi gözəl cemlərdən də sürtərək də serviz edə bilərsiniz.

 

Şokoladlı peçenye və blinçik (2 resept + foto)

 


Real Madrid CF | 19 mart 2015 20:22 | Status: Professional user | Şərh: 5 389
NAM NAM NAMM 0110
Ay_Sun | 5 fevral 2014 18:55 | Status: Redaktor | Şərh: 13 487
Sitat: Thinker bell
Təşəkkürlər.Dadlı görünür...

nuray2007 | 2 fevral 2014 20:51 | Status: Şərhçi | Şərh: 420
tesekkurler
yalniz arzu | 27 oktyabr 2013 23:42 | Status: Gümüş user | Şərh: 1 762
SAG OLUN VAR OLUN
Damla A-va | 26 oktyabr 2013 12:48 | Status: VİP user | Şərh: 617
melumat ucun TWK
Sehri. | 11 iyun 2013 18:26 | Status: Qonaq | Şərh: 0
Dadlı görünüşü var.Təşəkkürlər..
Thinker bell | 3 iyun 2013 13:02 | Status: Şərhçi | Şərh: 151
Təşəkkürlər.Dadlı görünür...
Billurə | 28 mart 2013 15:05 | Status: Professional user | Şərh: 4 901
atdim secilmiwlere)
Nigar | 24 mart 2013 18:48 | Status: Gümüş user | Şərh: 6 085
wink thanksssssssssssssssssssssssssssssss kis kis
Əfşan | 10 mart 2013 14:40 | Status: Professional user | Şərh: 1 714
ela reseptdi menim kimi xestelere
Gozel Melek | 5 mart 2013 12:09 | Status: Gümüş user | Şərh: 1 533
Maraqli resepdir,tesekkur edirem
Sevinc.F | 20 fevral 2013 15:33 | Status: Gümüş user | Şərh: 952
Oyrenmenin ziyani yoxdu. Teshekkur
Asya Qurbanova | 23 yanvar 2013 00:13 | Status: Gümüş user | Şərh: 716
2 ci dadli gorsenir mence o dadli olar.
shrek | 16 dekabr 2012 14:05 | Status: İstifadəçi | Şərh: 16
super
zoluwka | 21 oktyabr 2012 14:44 | Status: Professional user | Şərh: 3 174
wokolad sousunun dareseptin yazaydizda tewekkurler
S24 | 3 oktyabr 2012 23:13 | Status: Gümüş user | Şərh: 798
2-də dadlı görünür
sheyla | 8 sentyabr 2012 13:55 | Status: Professional user | Şərh: 839
Rightit | 6 sentyabr 2012 22:04 | Status: Gümüş user | Şərh: 759
eee şokaladlı blinçikdə olur ? birinci dəfədi görürəm. axır buda icad olunduda.
gulya20 | 31 avqust 2012 11:38 | Status: Professional user | Şərh: 4 686
Her ikiside dadli gorunur.
P.S | 30 avqust 2012 21:44 | Status: VİP user | Şərh: 996
dadli gorsenir
Sekine Hesen | 26 avqust 2012 19:40 | Status: Gümüş user | Şərh: 3 118
maraqli reseptdi arada ederik,xeber ucun tewekkur edirem,atdim secilmiwlere
paranoia | 26 avqust 2012 16:08 | Status: İstifadəçi | Şərh: 29
men sokaladi narkotik narkamanlar narkotiki seven kimi sevirem somaniya xesteliyine tutulmusam hemde coxdan :) qesey sirniyatlarda bisiriremm pecenyeni deneyecem
zoluwka | 26 avqust 2012 11:43 | Status: Professional user | Şərh: 3 174
beh beh tewekkurler resepleri atdim secilmiwlere pecenye maraqli geldi
dark lady | 26 avqust 2012 10:48 | Status: Professional user | Şərh: 519
ele bayaq bisirdim blincik amma sokoladsiz.ustune pesok sepdim beh-behle yediler usaqlar wink
nurashka | 26 avqust 2012 10:23 | Status: Qonaq | Şərh: 2 174
Mən bir neçə gün öncə birinciyə oxşar reseptlə bişirmişdim çox dadlı idi
SoFiYYa AnGeL | 26 avqust 2012 08:33 | Status: Professional user | Şərh: 959
ayy ne lezizi gorunur bunlar)
Ayka21 | 26 avqust 2012 06:59 | Status: Yazar | Şərh: 2 776
Mmmm cox dadli gorunur atdim secilmise
Allahin Gulu | 25 avqust 2012 23:57 | Status: Professional user | Şərh: 2 106
Teşekkurler.Amma iradim olacaq yag yazmisiniz(ne yagi) pecenyelere eridilmemiş kere yagi vurulmalidir cunki o birisi yaglarla hec cur dadli omur hemde xemiri tez quruyur ..
Avril | 25 avqust 2012 20:51 | Status: Gümüş user | Şərh: 162
Blinçik eliyə bilmirəm çünk alınmır tavaya yapışır( ama peçenyeni hazırlayacam..Təşəkkür
Lale | 25 avqust 2012 20:42 | Status: Yazar | Şərh: 3 274
blinciki tez tez edirem.tewekkur.elerinize saqliq
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.