Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Zeytun, badımcan, sarımsaq, göyəm turşusunun qoyulması

Nazar | 1-09-2012, 13:07
44 737 100

Zeytun turşusu:

 

 

 
 Hazırlanma qaydası 
Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və saf-çürük edilir. Acılığı yox etmək üçün qələvi məhluluna (10 litr suya 175-200 qram natrium, ya da kalium qələvisi) qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərtilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifaə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır. Turşuma 15-20 gün çəkir. Bundan sonra zeytun hazır olur.

 

 

 

 

 


 

Badımcan turşusu:

 

 

 


Tərkibi.
Xırda nazik badımcan - 3 kq.
Sarımsaq - 2 baş.
Keşniş.
Şüyüd.
Nanə.
Reyhan.
Tərxun.
Duz – zövqə görə.
Şərab sirkəsi.

 


Badımcan üçün iç hazırlanması
 
Badımcan üçün iç belə hazırlanır:sarımsağın qabığı soyulur, dilimlənib duzlanır (1 kq sarımsağa 50 q duz götürülür) həvəngdəstədə döyülür və ya xırda-xırda doğranılır, buna xırda-xırda doğranılmış şirin və acı göy istiot, cəfəri, nanə qatılıb qarışdırılır və zövqə görə duzlanır.

 
Hazırlanma qaydası.
 
Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərti ilə qarışdırıb, duz əlavə edin. Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. Yarım saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2-3 dəqiqə qaynadın. Badımcanlar nə bərk, nə də yumuşaq olmalıdırlar. Pörtülmüş badımcanlar aşsüzənə yığılır, üzərinə ağır əşya qoyulub 3 saat saxlanlır. Hazırlanmış iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun.
 
Bankaya qoyulmuş hazır badımcanlar 1,5 aya yetişir.

 

 

 

Sarımsaq turşusu:

 

 

 

 

 

Tərkibi.
Sarımsaq
Duz
Sirkə
Ətirli istiot
Dəfnə yarpağı
Mixək

 


Hazırlanma qaydası.
 
Sarımsağı sirkəyə 2 üsulla qoymaq olar: bütöv və ya "dişlərə" təmizlənmiş. Əgər təmizlənmiş sarımsağı sirkəyə qoyursuzsa, onda qabığı təmizlənmədən sarımsaq dişlərini birbaşa bankaya (əvvəldən qaynar su ilə yaxalanmış) yığırsız. Bankaya sarımsaqdan qabaq ədviyyəni və duzu yığın. Bunların üzərinə sirkə tökülür. Qaynara verilmiş qapaqla bankanı bağlayın və ehtiyatla bir neçə dəfə bankanı çevirin ki, ədviyyat tam yayılsın. Bankanı sərinə qoyun. 1 aya yetişəcək.
 
Əgər sarəmsağı bütöv sirkəyə qoyursuzsa, onda sarımsağı üst qalın qabığını təmizləyin (alt qabıq qalmalıdır). Qaba 1 litr su töküb 20 gr. duzu əridin. Sarımsaqları bu qaba qoyun, belə ki, onlar tam duzlu suda olmalıdır. Sonra sarımsaqlar "ağırlaşıb", özləri "dibə" enəcəklər. Belə vəziyyətdə sarəmsağı 6-7 gün saxlamaq lazımdır. O, rəngini dəyişəcək.
 
Qaynara verilmiş bankaya ədviyyəni yığıb, duzu tökün, sonra isə sudan çixarılmış sarımsaqları. Üzərinə sirkə töküb qaynara verilmiş qapaqla bağlayın. Bir neçə dəfə bankanı çevirib, sərin yerə qoyun. 1 aya yetişəcək.

 

 

 

Göyəm turşusu:

 

 

 

 

 
Tərkibi.
 
Sarımsaq – 500 q, göyəm – 3 kq., dəfnə yarpağı – 3 ədəd, quru nanə – 30 q., ətirli istiot – 5 əd., qara istiot – 5 əd., duz – 2 x. q, şərab sirkəsi – 100 q.

 


Hazırlanması.

Göyəm yuyularaq 1-2 yerdən çəngəllə deşilir. Sarımsaq dişləri soyulub təmizlənir. Bankanın dibinə ədviyyat qoyulur, sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə qaynar su tökülür. Banka açıq şəkildə 3-4 saat (su soyuyana kimi saxlanılır). Daha sonra bankadakı soyudulmuş su yenidən qazana boşaldılaraq qaynadılır və qaynaq su ikinci dəfə duz və sirkə ilə birgə bankaya tökülür. Bankanın qapağı hermetik bağlanıb sərin yerdə saxlanılır.


  1. ESMERRi | 14 aprel 2016 20:09 | Status: Brilliant user | Şərh: 5 428
    Sitat: dılay
    Bilirem bilmiyenler orgensin...
  2. dılay | 14 mart 2016 01:14 | Status: Brilliant user | Şərh: 8 259
    Bilirem bilmiyenler orgensin...
  3. Yagis_Negmesi | 25 noyabr 2015 23:58 | Status: Gümüş user | Şərh: 1 627
    Sitat: Gulshen.
    Badimcan tursusunu cox sevirem
  4. Real Madrid CF | 1 iyun 2015 16:51 | Status: Professional user | Şərh: 5 359
    Bunlardan istifade etmiremm allergiyam var.
  5. Sunay Elizade | 22 may 2015 09:12 | Status: Gümüş user | Şərh: 2 160
    ela xeberdi bilmiyenler oxusun
  6. SABINA | 6 oktyabr 2014 10:17 | Status: Professional user | Şərh: 7 428
    tesekkurler
  7. Sabahım. | 4 mart 2014 22:24 | Status: Professional user | Şərh: 3 363
    ZEYTUNDAN BAŞQA  BÜTÜN  ŞORABALARI HAZIRLAYIRAM
  8. Nigar | 18 fevral 2014 17:26 | Status: Gümüş user | Şərh: 6 073
    Sitat: Nailya
    eseptlere göre twk....

  9. SEVDA | 14 fevral 2014 03:18 | Status: Nəzarətçi | Şərh: 17 524
    reseptlere göre twk....
  10. Gulshen. | 13 fevral 2014 09:11 | Status: Qonaq | Şərh: 0
    Badimcan tursusunu cox sevirem
  11. Meryem_Duyqu | 6 fevral 2014 19:28 | Status: Yazar | Şərh: 4 138
    Mən göyəmi belə hazırlayıram, sadəcə göyəmin tumunu çıxarıram.
  12. Nigar | 20 dekabr 2013 11:44 | Status: Gümüş user | Şərh: 6 073
    maraqli oldu tewekkurler
  13. AYAN A-VA | 19 noyabr 2013 22:46 | Status: Gümüş user | Şərh: 1 724
    TEWEKKURLERRRR
  14. M.Aliyeva | 30 oktyabr 2013 20:32 | Status: Gümüş user | Şərh: 1 973
    COX SAGOL EZYETE GORE
  15. Damla A-va | 26 oktyabr 2013 12:42 | Status: VİP user | Şərh: 616
    melumat ucun TWK
  16. Anonimka. | 6 avqust 2013 23:31 | Status: VİP user | Şərh: 623
    Gələcək üçün örgənmək lazımdı. Təşəkkürlər
  17. su peerisi | 15 iyul 2013 19:46 | Status: Gümüş user | Şərh: 956
    Tesekkurler
  18. Girl | 26 iyun 2013 15:11 | Status: Professional user | Şərh: 8 213
    tewekkurler
  19. xowbext_olum | 13 iyun 2013 00:34 | Status: Şərhçi | Şərh: 306
    tskler maraqlidir hemde lazimlidir
  20. Sehri. | 12 iyun 2013 14:31 | Status: Qonaq | Şərh: 0
    Təşəkkürlər.Hazırlanması mənə aid deyil..Olsaydı dadına baxardıq:)
  21. MELEK_ | 11 iyun 2013 18:43 | Status: Professional user | Şərh: 3 957
    agzim sulandi winked , olsa idi dadina baxardiq
  22. Mickey Mouse | 9 iyun 2013 20:07 | Status: Professional user | Şərh: 4 009
    Atdim secilmiwe lazim olar.
  23. SHIRIN-SHIPSIRIN. | 6 iyun 2013 20:22 | Status: Gümüş user | Şərh: 1 349
    yemisem alcad,goyem tursusuda,,tesekkurler
  24. Leyla. | 31 may 2013 14:29 | Status: Professional user | Şərh: 2 602
    zeytunan bawqa butun turwulari xowlayiram.
  25. FLOVERandGİRL | 25 may 2013 20:12 | Status: Professional user | Şərh: 3 258
    cox sag ilun amma anam bilir
  26. NURLU | 1 may 2013 09:43 | Status: Professional user | Şərh: 5 566
    men yasadiqim yerde goyem yoxdu deye etmirem.qalanlarin boyuk zovqle tuturam dadli alinir))))))))))))
  27. RaySum | 19 aprel 2013 14:10 | Status: Professional user | Şərh: 2 599
    etmemiwem bilmirem...heleki anam elleri sagolsun komek olur
  28. Akademik | 14 aprel 2013 15:39 | Status: Professional user | Şərh: 4 583

    mamam edir bunlari, mene oyredib bi necesini. twkler.

  29. Hande 18 | 12 aprel 2013 20:46 | Status: Professional user | Şərh: 3 304

    mamanin masalla her sey gelir elinen

  30. selenay | 26 mart 2013 19:24 | Status: Professional user | Şərh: 1 467
    bacarmaram tsk
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.