Mətbəximiz / Şirniyyat

Şor qoğalın asan HAZIRLANMA QAYDASI

Banu. | 14-03-2018, 19:52
2 842 0

Məxsusi şirniyyatlar var ki, onlarsız bayram süfrələrini təsəvvür etmək mümkün deyil. Həmin şirniyyatlardan biri də şorqoğalıdır. Bəziləri şor qoğalı hazırlamağın çətin olduğunu düşünərək hazır almağa üstünlük verir.
 
Lazım olan ərzaqlar:
 
1 kq un
2 yumurta
50 qr kərə yağı
1 çay qaşığı maya
0.5 çay qaşığı şəkər tozu
Azca süd
1 çay qaşığı duz
Sarıkök
 
İçlik:
 
200 qr kərə yağı
400 q un
2 çay qaşığı cirə (döyülmüş)
2 çay qaşığı razyana (döyülmüş)
0.5 çay qaşığı sarıkök
0.5 çay qaşığı duz
0.5 çay qaşığı istiot
 
Hazırlanma qaydası:
 
Ələnmiş una göstərilən ərzaqlar qatılmaqla bərk xəmir yoğurulur və acımaq üçün 1-1.5 saatlığa isti yerdə dincə qoyulur. Xəmir gəldikdə 150-200 q kündələr tutulur və 0.5 mm qalınlıqda yayılır. Xəmirlər yayıldıqca əridilmiş yağ çəkilərək qat-qat yağlanaraq yığılır 10x15 sm irilikdə doğranır. Tikələr burularaq azacıq yastılanır və çökəklik əmələ gətirilib içlik qoyulur, xəmirin qıraqları birləşdirilib hamarlanır, qoğal formasına salınır və üzərinə zəfəranla yumurta sarısı çəkilib sobada bişirilir. İstəsəniz, üzərinə çörəkotu da tökə bilərsiniz. 

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.