Mətbəximiz / Salatlar və qəlyanaltılar

Rulet börək-HAZIRLANMA QAYDASI

B.Fereh | 9-02-2017, 09:00
3 086 3
 

peynirli rulo börek ile ilgili görsel sonucu

 
                                                                                  Rulet börək resepti

Tərkibi:
6 ədəd yumurta sarısı
1 su stəkanı duru yağ
2 su stəkanından iki barmaq əskik su
1 paket qabartma tozu
Ala bildiyi qədər un, duz

Aralarına sürtmək üçün:
125 qram kərə yağı

İçi üçün: 
350 qram ağ pendir
Yarım dəstə cəfəri

Üzərinə:
1 ədəd yumurta sarısı 

Hazırlanması:
Yumurta sarıları, duru yağ, su, qabartma tozu və duzu dərin bir qaba əlavə edin. Un əlavəsiylə yumşaq bir xəmir əldə edənə qədər yoğurun. Hazırladığınız xəmiri 15 ədəd kündəyə ayırın. 

Hər kündəni tort qabı böyüklüyündə açın. 5 ədəd yuxanın aralarına kərə yağı sürttüb üst-üstə qoyun. Qalan 10 ədəd kündəni də beş-beş sayda eyni şəkildə hazırlayın. 

Araları yağlanılmış beşli xəmirin hər küncünü ortaya qatlayaraq kvadrat şəkli verin və 1 saat soyuducunda gözlədin. Digər xəmirlərə də eyni əməliyyatı tətbiq edin. 

Gözlədilən xəmirləri unlu yerdə 1 sm qalınlığında kvadrat şəklində açın. Hər birini 4 uzun hissəyə bölün və cəmi 12 xəmir əldə edin. 
İçlik üçün parçalanmış ağ pendiri incə doğranmış cəfəri ilə qarışdırın. 1 parça xəmirin uc qisiminə pendirli içlikdən qoyun və bir yumrulayıb bükün. Kəsdiyiniz yerdən eyni əməliyyatı davam etdirin. 

Xəmirlər və içlik bitənə qədər əməliyyata davam edin. Rulet börəkləri soba qabına düzün və üzərlərinə yumurta sarısı sürtün. Əvvəldən isidilmiş 180 dərəcə sobada üzərləri qızarana qədər bişirin.

Nuş olsun
 
priyatnogo appetita ile ilgili görsel sonucu

  1. Tomris M.ova | 9 mart 2017 11:00 | Status: Qonaq | Şərh: 0
    Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
  2. Gülçin | 10 fevral 2017 12:02 | Status: Redaktor | Şərh: 6 802
    Sitat: B.Fereh
    Gülcin bacım redaktəyə görə opücüklər deyirem axırda yerleşdirdiyiniz şekildəkinin de agzi olsaydi o da dadardı bu borekden cox şirin gorunur amma,bir daha teşekkurler canım mənim
    SİTAT
    Həə, o börəyin şəklini tapana qədər xeyli əziyyət çəkdim))
    Ağzın şirin olsun, canım mənim. kissing_heart Xoşdur.
  3. B.Fereh | 9 fevral 2017 14:48 | Status: Nəzarətçi | Şərh: 7 094
    Gülcin bacım redaktəyə görə opücüklər heart_eyes deyirem axırda yerleşdirdiyiniz şekildəkinin de agzi olsaydi o da dadardı bu borekden joy cox şirin gorunur amma,bir daha teşekkurler canım mənim kissing_heart
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.