Mətbəximiz / Şirniyyat

Artıq qalan mürəbbə mətini atmayın-ASAN RESEPT

B.Fereh | 28-11-2018, 09:00
1 608 0
 
Evdə bəzən mürəbbələrin meyvələri yeyilir, suyu qalır. Elə olduqda mürəbbənin suyunu atmağa tələsməyin. Meyvə suyundan və xırda kiçik doğranmış, yaxud blendrdan keçirilmiş meyvələrdən ibarət şirniyyat hazırlay bilərsiniz. Üzərinə qaymaq və ya qoz qoysanız, daha da ləzzətli olur.

 
Lazım olan ərzaqlar:

 
1,5 stəkan mürəbbə suyu
 
3,5 stəkan su
 
3 şorba qaşığı qarğıdalı nişastası
 
Mətbəx robotunda çəkilmiş meyvə dənəcikləri
 
Qoz
 

 
Hazırlanması:

 
1 stəkan soyuq su ilə nişasta əridilir, qalan 2,5 stəkan su meyvə suyuna qarışdırılır. Bu suyun içinə nişastanı tökün və qatılaşana qədər qarışdıraraq bişirin.
 
İncə doğranmış və ya mətbəx robotunda çəkilmiş meyvələri bişirdiyiniz qarışımın içinə qatıb qarışdırın. Servis edəcəyiniz qablara tökün. Soyuyandan sonra üzərinə qozları bütöv və ya çəkilmiş olaraq qoya bilərsiniz.
 
Meyvəli şirniyyatı bir az daha zənginləşdirmək istəyənlər dondurma və ya qaymaqla da servis edə bilərlər.

 
Nuş olsun!





info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.