Mətbəximiz / Şirniyyat

Kruassan resepti

B.Fereh | 29-01-2017, 09:00
5 469 3


ƏRZAQLAR:

1 kq.un
100 qr.maya
1,5 st.süd
250 qr. kərə yağı
1 paket vanilin
Bir az duz
2 yumurta
1 banka cem.(istəyə görə)

Hazırlanma qaydası:

Bişmiş süd isidilir,kərə yağının 1/3 hissəsi,maya,yumurta,duz,vanilin əlavə edilib qarışdırılır,ələnmiş un əlavə olunub xəmir yoğrulur. 1,5 saatlıq isti yerdə acımağa qoyulur.
Acıdıqdan sonra xəmir iki bərabər hissəyə bölünüb,bir hissəsi yayılır,kərə yağının qalan hissəsi xəmirin üzərinə sürtülüb ikinci hissəsi də yayılıb birinci yağlanmış xəmirin üstə qoyulub bir neçə dəfə qatlanır.Sonra yenidən yayılıb üçkünc formada hissələr kəsilir.Əgər istəsəniz hər hissəyə cem çəkib rulet formada bükün istəsəzdə cemsiz.Soba 180 dərəcə isidilərək kruvasanlar qızarıncayadək bişirilir.
Fransızlar kruvasanı qəhvə ilə səhər yeməyındə süfrəyə verirlər.

Nuş Olsun.

 


Ay_Sun | 3 fevral 2017 22:20 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: B.Fereh
Redakte eden gozelime de teşekkurler.

Xosdur canim menim
B.Fereh | 29 yanvar 2017 17:05 | Status: Nəzarətçi | Şərh: 6 971
Sitat: Əsmər1
Canım B.Fereh Bunun reseptini axtarmadığım yer qalmadı.Axrı tapdım görəsən məndə də belə alınar

Alınar baci.Krousani qat qat xemirden de edirler.Bu reseptdeki xemir de qat qat xemirdir.
Nuş olsun!
Redakte eden gozelime de teşekkurler.
Əsmər1 | 29 yanvar 2017 11:40 | Status: VİP user | Şərh: 1 583
Canım B.Fereh Bunun reseptini axtarmadığım yer qalmadı.Axrı tapdım görəsən məndə də belə alınar