Mətbəximiz / Tortlar

Napoleon" tortunun hazırlanma qaydası

B.Fereh | 21-01-2017, 09:00
23 929 4

 

Napoleon" tortunun tərifləri çoxdur. Kimisi xəmirinə sirkə, kimisi araq vurur. Ərzaqların qədəri, xəmirin soyuducuda saxlanma müddəti də fərqlidir. Təqdim etdiyimiz bu resept populyar olanlardan biridir. Həmçinin videoda göstərilən qayda ilə də bu tortu hazırlaya bilərsiniz.

Tərkibi:

Xəmir:

2 yumurta
300 q kərə yağı
6 st. un (1 st.=200 ml)
100-150 ml su
0,5 ç.q. duz
4 x.q. sirkə

Bişmiş krem:

5 yumurtanın sarısı
1,5 l süd
3 x.q. nişasta
300 q şəkər tozu
vanil
250 q kərə yağı

Soyuq kərə yağını unun üzərində sürtgəcdən keçirin. Duz səpin. Yumurta, su və sirkəni qarışdırıb buraya əlavə edin. Xəmir yoğurun. Onu bir ləyənə qoyub ağzına qida plyonkası çəkin, 1,5-2 saat soyuducuda saxlayın.
Soyuq xəmiri bir neçə bərabər hissəyə bölün. Hər birini 2 mm qalınlıqda yayın. Siniyə qoyub bıçaq və ya çəngəllə bir neçə yerindən deşin. 220-250 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Sarı-qızılı rəngə çalanda götürün. Korjlardan hansısa dağıldısa, ondan üstünə səpmək üçün istifadə edə bilərsiniz.

Krem üçün: südün 1 stəkanını ayırıb kənara, qalanını qazana töküb ocağın üstünə qoyun. Yumurta sarısı, 1 st süd, şəkər tozu, nişasta və vanili çalın. Qaynayan südə əlavə edin, bu zaman onu daim qarışdırın. Qatılaşanacan qarışdıra-qarışdıra bişirin, krem qaynamamalı, dibi tutmamalıdır. Ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Ən asan variant: qabı olan mikserə töküb ən aşağı sürəti qoşun. Bu zaman onun üzərində qaymaq əmələ gəlməyəcək.
Bişmiş kremi olduğu kimi, bəzən də ona yağ qataraq istifadə edirlər. Bunun üçün kərə yağını ağaranadək çalın. Sonra soyumuş bişmiş kremi tədricən əlavə edərək çalın.

Korjlardan bir-ikisini xırdalayın (tortun üstünə səpmək üçün). Korjların arasına krem çəkin, üst-üstə yığın. Tortun üzərinə və kənarlarına da krem çəkin. 1-2 saat saxlayın. Bu müddətdə krem korjlara hopacaq və onları yumşaldacaq. İti bıçaqla tortun kənarlarını hamarlayın. Yenə krem çəkin.

Qırıntıları şəkər pudrası ilə qarışdırın. Tortun üstünə və kənarlarına səpin. Tortun tam özünü tutması üçün bir neçə saat saxlayın.

Nuş olsun!

 


B.Fereh | 23 yanvar 2017 15:19 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: Cicim İncim
Mən Napaleonu döymə xəmirdən hazırlayıram...
Təşəkkürlər , canım blush

Anam da eynən sənin kimi edir.möhtəşəm alınır yum yum
Cicim İncim | 23 yanvar 2017 07:58 | Status: Gümüş user | Şərh: 2 456
Mən Napaleonu döymə xəmirdən hazırlayıram...
Təşəkkürlər , canım blush
B.Fereh | 22 yanvar 2017 15:52 | Status: Nəzarətçi | Şərh: 6 975
Men bir şirniyyat manyaki olaraq bele xeberleri hazirlayinca neler cekirem bir Allah bilir joy Napalyonu ozum hazirlamamişam hec vaxt,mamam hazirlayir mende yeyirem yum yum yum
Kim hazirlayacaqsa NUŞ OLSUN!

Aysuna redakte etdiyine gore opucukler.
Nigar_ | 21 yanvar 2017 23:52 | Status: Professional user | Şərh: 2 125
Tesekkurler canim.En cox hazirladigim tort novu Napoleon tortudur.