Mətbəximiz / Xəmir yeməkləri

Xaş -Xaşlı Çiçək Çörək Tarifi

Ay_Sun | 16-03-2019, 09:00
201 0



 


 
Ərzaqlar.
 
1  stəkan süd
1  stəkan ilıq su
1 stəkan duru yağ
1 ədəd yumurta (sarısı üzərinə)
Yarım paket yaş maya
1 xörək  qaşığı toz şəkər
1 tutam duz
Aldığı qədər un

 
Arası üçün

 
1 kasa Xaş-xaş əzməsi
1 çay stəkanı maye yağ
 
Hazırlanması.
 
Yoğurma qabına mayanı, ilıq suyu alaq. Daha sonra bir yumurtanın sarısını ayıraraq digər bütün ərzaqları yoğurma qabına əlavə edilib və qulaq məməsi yumşaqlığında bir xəmir yoğurulur. Xəmir otaq temperaturunda 1 saat qədər mayalanmaya qoyulur. Bir saatın sonunda mayalanan xəmirdən  yumurta böyüklüyündə parçalar qoparıb mərdanə ilə bir balaca açılaraq  və arasına maye yağla  xaşxaş əzməsi sürtülür.
 




 
Bu şəkildə 5-6 qat xəmiri üst üstə sıralayaq və mərdanə ilə  qəlibin ölçüsündə açılır. Açılmış xəmiri yağlanmış listə qoyub  və xəmirin tam ortasına su stəkanı qoyulur.
 

 
 
 İndi xəmir  şəkildə gördüyünüz kimi üçbucaq halında 16 bərabər parçaya bölünür. Daha sonra stəkan üzərindən alınır və hər iki xəmir əl ilə  iki dəfə çevirilir  və bu şəkildə digər xəmirləri da iki-iki olacaq şəkildə çevirərək şəkil verilir. 
 


 


 

Xəmir 15 dəqiqə qədər saxlanılır və yaxşıca qabaran xəmiri  əvvəldən isidilmiş 200 dərəcəlik sobada bişirilir.
 
Nuş Olsun!