Mətbəximiz / Salatlar və qəlyanaltılar

Adam nə qədər toyuq qızartması yeyər? Toyuq ətindən tort da bişirmək olur.

Banu. | 16-04-2018, 09:00
143 0

 
 Adam nə qədər toyuq qızartması yeyər? 
Toyuq ətindən tort da bişirmək olur. İnanmirsiz, baxın.
Blinçikləri düzürsüz, arasına da toyuq, kahı və s. 
Ətrafli reseptdə

İnqrediyentlər:

Yumurta ağı - 10 ədəd.
Yumurta sarısı - 2 ədəd.
Toyuq filesi - 1 ədəd.
Kəsmik - 200q.
Göyərti - zövqə görə
Kahı - zövqə görə
Zövqə görə duz, istiot 

Hazırlanması:

Yumurta ağını və yumurta sarılarını qarışdırırıq. Alınmış qarışığı 3 hissəyə bölürük və tavada qızardırıq, lavaş kimi. Toyuq döşünü bişiririk, duz və istiot tökürük. Toyuqları kub şəklində doğrayırıq. Kəsmik, doğranmış göyərti və xamanı yaxşıca qarışdırırıq.
Tort üçün formaya öncə blinçik qoy, sonra toyuğu, kəsmikli qarışığı və kahını düzün. Prosesi təkrar edirik. Üçüncü blinçik tortun üzərini örtmək üçün bizə lazım olacaq. Tortu 2 saat soyuducuya qoyuruq, sonra isə onu süfrəyə vermək olar.
 





info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.