Mətbəximiz / Şirniyyat

Dadlı, xırçıltılı Simit evdə bişərsə, ətri evi bürüyərsə, hamı tezdən oyanacaq!

Banu. | 15-06-2018, 09:00
632 0

 

DADLI SİMİT RESEPTİ

Dadlı, xırçıltılı Simit evdə bişərsə, ətri evi bürüyərsə, hamı tezdən oyanacaq!

Ərzaqlar:

Xəmirmaya üçün:
Təzə maya – 40 qr.
Şəkər tozu – 1 x.q.
İsti su – 0,5 st.
Un – 1 x.q.

Xəmir üçün:
Un -1 kq.
Zeytun yağı – 200 ml.
Duz – 1 x.q.
Yumurta - 2 ədəd
Yumurtanın sarısı -1 ədəd
Sarıkök – 1 ç.q.
Küncüt və ya qara zirə toxumu

Hazırlanması:

Maya hazırlanır: yarım stəkan isti suda maya həll edilir, buna 1 x.q. şəkər tozu və un əlavə olunub, qarışdırılır. 15 dəqiqə gəlməyə qoyulur.
Un ələnir, ortasında çökək açılır, bura duz, yağ, yumurta və xəmirmaya əlavə edilir. Xəmir yoğrulur, o bərk və hamar olmalıdır. Lazım olsa isti su əlavə edə bilərsiz.
Üstünü bağlayır, 30 dəqiqə otaq hərarətində saxlanılır. Bu müddətdə xəmir 2 dəfə artacaq.
Xəmir eyni ölçülü kündələrə bölünür: 20-22 ədəd alınacaq.
2 x.q. isti suda sarıkök həll edilir, bir az dəmə qoyulur, süzülür. Bunu 1 yumurtanın sarısı ilə qarışdırıb çalırsız.
Xəmir əllə uzunsov edilir, burulur və simit (bublik) formasına salınıb, ucları bir birinin üstündə birləşdirilir. Hər simitin üzərinə fırça ilə yumurta sarısı çəkilir. Və küncüt üzərində fırladılır.
Formaya bir birindən aralı düzülür. 180 dərəcədə 25 dəqiqə üzəri qızarana kimi bişirilir.

Nuş olsun!



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.