Mətbəximiz / Şirniyyat

ƏN UĞURLU RULET RESEPTİ: YUMŞAQ, HƏCMLİ VƏ DADLI

Banu. | 16-08-2017, 09:00
829 0

 

Bişirin, peşman olmazsız... Siz hələ bu cür dadlı biskvitli rulet yeməmisiz!

Ərzaqlar:


Süd – ¼ st.
Kərə yağı – 2 x.q.
Un – 100 qr.
Nişasta – 40 qr.
Qabartma tozu – 1 ç.q.
Şəkər tozu – 2/3 st.
Duz – ¼ ç.q.
Yumurta – 3 ədəd
İçlik – istənilən

 

 

Hazırlanması:


Bskvit xəmirini hazırlamamışdan öncə sobanı 190 dərəcə isidin. Listə perqament kağız sərin.
Qazançada südlə kərə yağını qaynar hala gətirirsiz. Yumurtaları şəkər tozu ilə mikserdə köpüklənənə kimi çalırsız. Unu ayrı bir qabda duz və qabartma tozu, nişasta ilə qarışdırırsız. Sonra unu yumurtalı qarışığa tökürsüz, qarışdırırsız.
Bu xəmirdən 1-2 qaşıq götürüb qazançadakı südün üzərinə tökürsüz, qarışdırırsız. Sonra südlü qarışığı unlu kütləyə əlavə edirsiz, qarışdırırsız. Xəmiri listə boşaldırsız və təxminən 15 dəqiqə bişirirsiz. Qurutmayın!
Bişən kimi onu bir kənara qoyursuz ki, soyusun. Sonra kağızı çıxarılır, üzərinə istər cem, mürəbbə, istər krem sürtürsüz və ruleti bükürsüz. (biz ən sadə krem hazırladıq: 200 ml. qaymaqla yarım st. şəkər kirşanını qarışdırdıq).
Üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiz. Nuş olsun!
 




 



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.