Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Oxucuların çoxsaylı istəyi ilə: Göyəm turşusu

Banu. | 19-07-2017, 09:00
1 883 2


Ərzaqlar:

Göyəm – 2 kq.


Marinad üçün:
Duz – 1 x.q.
Şəkər tozu – 3 x.q.
9%-li sirkə – 3 x.q.
Mixək – 5-6 ədəd
Yumru qara istiot – zövqdən asılı olaraq
Dəfnə yarpağı – 3-4 ədəd
Su – 1,5 l

Hazırlanması:

Göyəmlər yuyulur, bəndəmləri çıxarılır. Marinad hazırlanır: bütün ədviyyatlar bir qazana yığılır, su tökülür və qaynadılır. Bu vaxt ərzində göyəmlər steril bankalara səliqə ilə yığılır və qaynar marinad onların üzərinə tökülür. Bankalar çatlamasın deyə, qaynar marinadı ora süzən zaman bankaların altına mütləq metal əşya qoyun, məsələn, bıçaq. Bir neçə dəqiqə sonra marinadı yenidən qazana süzürsüz, qaynadırsız və təkrar olaraq, göyəm bankalarının üzərinə süzürsüz. Qapağını bağlayırsız. 3 gündən sonra göyəmlər hazır. Nuş edə bilərsiniz!

 


  1. B.Fereh | 23 avqust 2016 15:40 | Status: Nəzarətçi | Şərh: 7 094
    MENDE HAZIRLAMIWAM,COX DADLI OLUR.TEWEKKURLER BANU XANIM.
  2. Gülçin | 23 avqust 2016 11:19 | Status: Redaktor | Şərh: 6 802
    Ailəliklə çox xoşluyuruq göyəm tutmasını. Hazırlamışam uje.)
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.