Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Ən asan hazırlanan və ən dadlı leço - Yerkökülü Leço

dılay | 22-08-2017, 09:00
1 938 2



Tərkibi:

6 kq pomidor
1 kq yerkökü 
1 kq ağ soğan 
3 kq şirin bibər
1 st. şəkər tozu
1/2 st. duz
qara üyüdülmüş istiot 
9%-li sirkə (zövqə görə)

Yuyulmuş, suyu çəkilmiş şirin bibərin toxumlarını və saplağını artlayın, saman kimi doğrayın.
Soğanı yarımhalqa doğrayın.
Yerkökünü sürtgəcin iri gözündən keçirin. 
Bunları ehtiyatla qarışdırın, duz və şəkər tozu vurun. 
Pomidoru blanş edib (qaynar suda 1-2 dəqiqə saxlayıb) qabığını soyun. Ət maşınından keçirin. Bunu hazırladığınız tərəvəz qarışığının üstünə tökün, ocağın üstə qoyun.
Qaynara düşəndən sonra 40 dəqiqə bişirin, üyüdülmüş qara istiot və sirkə əlavə edin.

Leçonu isti-isti sterilizə edilmiş yarımlitrlik bankalara yığın, qaynar suya salınmış metal qapaqları ağzına qoyun (bağlamayın). 
İçində leço, ağzında qapaq olan bankaları 90 dərəcə temperaturda 10-15 dəqiqə pasterizə edin. Sonra qapaqlarını bağlayın. 

Bankaları başıaşağı qoyun. Soyuyandan sonra sərin yerdə saxlayın. 

  1. Qaracaqiz | 26 avqust 2016 12:55 | Status: VİP user | Şərh: 1 893
    Leçonu xoşlayıram bilmeyenler öyrenib etsin eladır teşekkür
  2. B.Fereh | 26 avqust 2016 10:43 | Status: Nəzarətçi | Şərh: 7 094
    AYY cox tewekkurler Dilaycan,esl movsum xeberidir.Bele xeberler cox olsa yaxwidi.
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.