Quru yeməklər / Dünya mətbəxi

Holland pendirli köftə.(türk mətbəxi)

Dəniz qızı | 12-08-2016, 09:00
2 430 1
 
 
Tərkibi:
1 kiloqram küftəlik qiymə,
2 ədəd yumurta,
4-5 dilim köhnə çörək içi,
2 orta boy soğan,
4-5 diş əzilmiş sarımısaq ,
1 yemək qaşığı kəklikotu,
Yarım dəstə cəfəri,
1çay qaşığı kimyon,
1 çay qaşığı istiot,
duz (zövqünüzə görə),
100-150 qram holland pendiri (küp -küp doğranmış),

Hazırlanması:
Qiyməni küftəni hazırlayacağınız qabın içinə qoyun.
Daha sonra içinə ufalanmış çörək, yumurta, incə-incə doğranmış cəfəri, rəndələnmiş soğan, sarımsaq, kimyon, istiot, duzu əlavə edib yaxşıca yoğurun və 2 saata yaxın soyuducuda saxlayın.
Daha sonra çıxarıb qoz böyüklüyündə küftələr hazırlayın və ovcunuzun içərisində yastılayıb siniyə yığın.
Sonra küftənin birini alıb üzərinə holland tendirini rəndələyin və üzərinə ikinci bir küftəni qoyun və kənarlarını əlinizlə möhkəm qapadın.
Bütün küftələri bu şəkildə hazırlayıb siniyə yığın və soyuducuda bir az yenə saxlayın.
Əvvəlcə çox az yağ qoyduğunuz yapışmayan tavada orta temperaturda hər iki tərəfini qızardım şüşə qaba yığın.
Əvvəlcədən bunları hazırlaya da bilərsiniz.
Lazım gələrsə servis etməzdən 15-20 dəqiqə əvvəl 200 dərəcədə qızdırdığınız fırında bişirə bilərsiniz.
Belə olanda həm içləri tamamən bişər , həm də qızdırılmış olar.
Servis edərkən isə yanında qarnitur və yaxud da plov verə bilərsiniz…
 
NUŞ OLSUN!

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.