Şirniyyat / Dünya mətbəxi

Makaronun hazırlanması

FLOVERandGİRL | 29-07-2016, 09:00
3 244 2

 

 

Tərkibi: 

 

-¼ su stəkanı pudra şəkər

- 1 su stəkanı toz badam

- ¼ su stəkanı

3 yemək qaşığı yumurta ağ

- 1 tutam duz

-¼ su stəkanı toz şəkər

Rəngləndirmək üçün:

- Qida boyaları

- Kakao

Kremi üçün: 

- 150 qr ağ şokolad

- 4 yemək qaşığı krem

Hazırlanması: 

 

İki soba nimçəsinə yağlı kağız sərin və fasiləli olaraq 2.5 sm-lik dairələr çəkin. Toz badam və pudra şəkəri mətbəx robotundan bir neçə dəqiqə çəkərək yaxşıca qarışdırın. Yumurtanı və duzu təmiz və quru bir qabda mikserin orta sürətində yaxşıca çırpın. Sürətini artıraraq şəkər əlavə edin və qatılaşaraq şəkil alana qədər çırpmağa davam edin. Badam qarışığını əlavə edin və mikser ilə yaxşıca qarışdırın. İstədiyiniz rəngdə qida boyası və kakao ilə rəngləndirin. Qarışıqları 1 sm-lik düz uclu krem sıxma torbasına doldurub çəkdiyiniz dairələrin içinə sıxın. Otaq istiliyində 2 saat üzərilərinin qurumasını gözləyin. 150 dərəcəyə nizamlanmış sobada 10-12 dəqiqə bişirin. Sobadan çıxardıb soyumağa qoyun. Şokoladı əridin. İsidilmiş kremi əlavə edib qarışdırın və soyuyub qatılaşıncaya qədər gözlədin. Kremi makaronların yarısının üzərinə çəkin. Digər yarısını üzərinə bağlayın və 1 gecə soyuducuda gözlətdikdən sonra xidmət edin.

     Nuş olsun!
 
Makaronun hazırlanması

 

 


 


info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.