Mətbəximiz / Duru yeməklər

İftar menyusu

dılay | 14-06-2016, 09:00
14 351 2


 

Tərəvəzli yay şorbası

 

 

Tərkibi:

Pomidor – 2 ədəd

Soğan – 2 ədəd

Dolmalıq bibər – 1 ədəd

Sarımsaq – 3 diş

Tost çörəyi – 3 dilim

Toyuq suyu – 1 stəkan

Zeytun yağı – 1.5 x.q.

Hazırlanma qaydası:

Pomidorun çəyirdəklərini çıxarın, sarımsaq və soğanın qabığını soyun, yuyun. Bibərlərin də tumlarını təmizləyib yuyun. Çörəyi də xırda-xırda doğrayın. Sonra toyuq suyunun üzərində olan yağı qaşıqla yığın. Bütün ərzaqları blenderdən keçirdin. Zeytun yağı, qara istiot və duz əlavə edin. Qarışdırın və soyuq şəkildə servis edin.

Kartoflu börək

 

 

Tərkibi:

Yuxa – 3 ədəd yuxa

Qaynadılmış kartof – 4 ədəd

Su – yarım stəkan

Duru yağ – yarım stəkan

Yumurta – 1 ədəd (sarısı börəyin üzərinə çəkiləcək)

İstiot, duz

Hazırlanma qaydası:

Qaynadılmış kartoflar püre halına gətirilir. Püreyə sürtgəcdən keçirilmiş pendir, keşniş, yumurta ağı, duz və istiot əlavə edilib qarışdırılır. Bir qabda su və duru yağ qarışdırılır. Birinci yuxanı qoyuruq taxtanın üzərinə su və yağ qarışımını yuxanın hər yerinə yayırıq. İkinci yuxanı ilk yuxanın üzərinə salıb üzərinə su və yağ qarışımından çəkirik. Üçüncü yuxa ilə də eyni proses davam edir. Üst-üstə qoyulmuş yuxalar 8 bərabər üçbucaq hissələrə ayrılır. Üçbucaqların geniş hissəsinə kartoflu içlik qoyulur, siqaret börəyi şəklində bükülür. Hazır olan börəklər yağlanmış formaya yığılır, üzərlərinə yumurta sarısı çəkilir və əvvəlcədən qızdırılmış 190 dərəcəli sobada bişirilir, isti-isti servis edilir.

Quru meyvəli mannı yarması deserti

 

 

Tərkibi:

Süd – 1 lt

Şəkər – 9 x.q.

Manna yarması – 9 x.q.

Qaysı – 8 ədəd

Quru əncir – 5 ədəd

Sürtgəcdən keçirilmiş limon qabığı – 1 ədəd

Hazırlanma qaydası:

Qaysı və quru əncir bir qaba qoyulur, üzərlərinə qaynaq su əlavə olunub 5 dəqiqə saxlanılır. Sonra isə kub şəklində doğranılır. Qazana şəkər, manna yarması, limon qabığı və süd əlavə edilir qarışıdırılır. Tündləşənə və qatılaşana qədər bişirilir. Qarışım qaynamağa başlayanda qaysı və əncir əlavə edilir, qarışdırılır və qaz sobasından götürülür. Kek qabı su ilə isidilir və hazır desert ora boşaldılır. Soyuyan deserti 5-6 saat da soyuducuda saxladıqdan sonra servis edin.

Nuş olsun!


Dəniz qızı | 15 iyun 2016 16:40 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: flovers
gözəl görsənir təşəkkürlər xəbərə görə Allah bütün oruc tutanların orucunu qəbul etsin

Amin...
FLOVERandGİRL | 14 iyun 2016 10:22 | Status: Professional user | Şərh: 3 251
gözəl görsənir təşəkkürlər xəbərə görə Allah bütün oruc tutanların orucunu qəbul etsin