Mətbəximiz / Tortlar / Şirniyyat

Qat-qat xəmirdən kremli şirniyyatın hazırlanması -Fotoresept

FLOVERandGİRL | 31-10-2018, 09:00
197 0



 

Tərkibi:

3 stəkan süd

Yarım su stəkanı un

1 yumurta

1.5 su stəkanı şəkər tozu

200 qram kərə yağı

İlk öncə şəkər tozu və yumurtanı yaxşı çalırıq. Başqa qabda südlə unu qarışdırırıq. Yumurtalı qarışığı bura əlavə edirik və yenə yaxşı qarışdırırıq. Hazırlanan qatışığı ocağa qoyuruq orta odda qatılaşana qədər qarışdırırıq. Hazırdır. Krem ilıqlaşanda 200 qram soyuq kərə yağını doğrayıb kremə qatırıq və mikserlə çalırıq.

Biraz soyuducuda saxlayırıq. Əgər sevirsinizsə kremə qaynamış qatılaşdırılmış süddə əlavə edə bilərsiz.

Qat-qat xəmiri istədiyiniz formada kəsib sobada bişiririk. Soyuyandan sonra şişən qat qat xəmirləri ortadan kəsib içərisinə krem sürtürük. İstəsəz 1 qat istəsəz 2 qat hazırlaya bilərsiz.

Sonra  bir neçə saat kremin hopması üçün gözləyirik. Bundan sonra şirniyyat yeməyə hazırdır.

Nuş olsun:)







info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.