Mətbəximiz / Şirniyyat

Eklerin ən asan və yoxlanmış resepti

FLOVERandGİRL | 8-06-2016, 09:00
10 364 6


 

KREM

16 ekler üçün
  • 2 stəkan süd
  • 1/2 stəkan şəkər tozu
  • 2 çay qaşığı vanil ekstaktı (əvəzində bir çimdik vanilin də istifadə edə bilərsiniz)
  • bir çimdik duz
  • 4 yumuta sarısı
  • 1/2 stəkan qarğıdalı nişastası
  • 2 xörək qaşığı kərə yağı, balaca-balaca doğranmış

1) Qazana süd, 1/4 stəkan şəkər tozu, vanil və duzu qoyun. Orta odda qaynamağa başlayanadək bişirin.

2) Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın.  Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin.

3) Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın. Bu müddət ərzində kərə yaşə əriməli, kütlə isə bir qədər soyumalıdır.

4) Kremin üstünü sellofanla örtün. Soyuduca ən azı 2 saat müddətində saxlayın. Bu krem soyuducuda 2 günə dək xarab olmadan qala bilər.

 
ŞU XƏMİRİ  (Choux, yani ekler xəmiri)
Reseptin mənbəsi: Chocolate Desserts by Pierre Hermé kitabı

16 ədəd ekler üçün

• ½ stəkan (125g) süd
• ½ cup (125g) su
• 115g kərə yağı, 8 parçaya bölünmüş
• ¼ çay qaşığı şəkər tozu
• ¼ çay qaşığı duz
• 1 stəkan (140g) əla növ un
• 5 ədəd iri yumurta, otaq hərarətində

1) Qazana süd, suy, kərə yağı, şəkər tozu və duzu qoyub, qaynadın.

2) Qaynadığı an, odu bir az azaldın, unun hamısını əlavə edib, kütləni taxta qaşıqla DƏYANMADAN qarışdırın. Kütlənin yavaş-yavaş xəmirə dönməsini görəcəksiniz. Təxminən 2-3 dəqiqə ərzində qarışdırın. Xəmir yumuşaq və hamar olacaq.

3) Xəmiri iri qaba qoyun. Yumurtaları bir-bir üstünə qıraraq, hər əlavədən sonra mikserlə yaxşıca çırpın ki, yumurtalar xəmirə qarışsın. Xəmiriniz hazırdır. Hazır  xəmir belə olmalıdır.

4) Xəmiri İSTİ İKƏN (!) bişirmək lazımdır. Bunun üçün əvvəlcə sobanı 190C-dək qızdırın. Sonra isə soba listininin dibinə falqa kağızı sərin. İri qənnadı torbasını (rusca: konditerskiy meshok) isti şu xəmiriylə doldurun (torbanın ucun adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən 5 cm aralı  təxminən 11 cm uzunluqda "barmaqlar” sıxın.

5) Listi sobanın orta təbəqəsinə yerləşdirib eklerləri təxminən 20 dəqiqə ərzində bişirin. Bişmiş eklerlər şişəcək, üstləri bir qədər qızaracaq. Eklərlərin arasına krem doldurmazdan əvvəl, onları ən azı 1 saat ərzində kənarda soyudun.

 
ŞOKOLADLI QLAZUR
Reseptin mənbəsi: Williams-Sonoma, The Essentials of Baking kitabı

125 g yarı-şirin və ya acı-şirin plitka şokolad, iri-iri doğranmış
60 g kərə yağı , balaca-balaca doğranmış
1/4 stəkan (60 ml) süd

1.  Şokoladı və yağı istiyə davamlı bir qaba qoyun. Qazanda südü qaynadın. Qaynayan kimi, südü şokolad və yağ olan qaba boşaldın. Ərzaqlar əriyib bir-birinə qarışanadək qaşıqla çırpın.

 

EKLERİN DÜZƏLDİLMƏSİ

Bunun ücün bişmiş ekler, krem və şokoladlı qlazuru hazır tutun.

1) Bİşmiş eklerləri bıçaqla horizontal şəkildə iki yerə bölün.

2) Qapaq hissəsini şokolada batırıb kənara qurumağa qoyun.

3) Qaşıq və ya qənnadı torba vasitəsilə eklerin alt hissəsini kremlə doldurun. Şokoladlı qapağı kremin üstünə yerləşdirin. Eklerləriniz hazırdır.

 Nuş olsun!


  1. B.Fereh | 4 iyul 2016 20:37 | Status: Nəzarətçi | Şərh: 7 006
    Ekleri sevmirem,kremi ureyimi bulandirir.
  2. SEVDA | 8 iyun 2016 22:26 | Status: Nəzarətçi | Şərh: 17 470
    Biwirilmesi nese ele bil cetin oldu....
  3. ESMERRi | 8 iyun 2016 21:28 | Status: Brilliant user | Şərh: 5 392
    Alınmsın daha çox sevirəm nəinki özüm hazırladığımı smile
  4. dılay | 8 iyun 2016 17:53 | Status: Brilliant user | Şərh: 8 211
    Usaqlarim xoslayir edirem tez tez...
  5. Ciddi1 | 8 iyun 2016 17:18 | Status: Qonaq | Şərh: 0
    salam ciddi munasibet qurmaq isdeyirem tikinti sirketinde sahe reisi isleyirem burda ciddi medeni aile terbiyesi goren yalan danismayan oglan dostu sevgilisi olmayan sadiq durust insanliqi saf qelbi olan bir qiz var?menim ucun gozellik onemli deyil esas saf qelbi insanliqi durust sadiq olsun menim meyxanaya qulaq asan aciq saciq qisa dar geyimler geyen oglan sayaqi olan qizlardan xosum gelmir menim tanis olacaqim qiz sumqayitdan ve ya bakidan olsun rayondan olmasin ozum subayam subay olsun ciddi qiz varsa yazdiqim terzde elaqe saglasin (055) 958 92 85 ciddi qiz varsa elaqe saglasin pesman olmaz tanis olacaqim qiz Namaz qilan olsa lap yaxsi olar tanis olacaqim qizin yasi 27-30 yasa kimi olsun yazdiqim terzde xanim varsa zeng etsin men ozum qisqancam isderdim tanis olacaqim xanim qisqanc olsun ciddisense nomremi gotur yaz ki nomrenizi azadqadin saytindan goturmusem yalandan deme sef dusmusem ciddi munasibet qurmaq isdeyirsense.nomremi gotur ciddi deyilsense nomremi goturme yazdiqim terzde xanim varsa watcapa yazsin
    tanis olacaqim xanim Namaz qilan olsa lap yaxsi olar Insallah ciddi bir qizla tanis olum elanimi sildirecem ama ciddi qiz hele tapmamisam ciddi munasibet qurmaq isdeyen qiz yazsin pesman olmaz
  6. Hali | 8 iyun 2016 12:05 | Status: VİP user | Şərh: 492
    Mende Çox dadli eklerler biwirirem..ekleri xowlayiram