Mətbəximiz / Kompot, kokteyllər / Maraqlıdır

Manqo lassinin hazırlanması

FLOVERandGİRL | 7-08-2016, 09:00
12 593 1



Manqo Lassi (Manqolu Şeyk)

Qeyd: Siz öz manqo lassinizə bir neçə damcı gül suyu da əlavə edə bilərsiniz. Və ya əzilmiş püstə ilə bəzəyib masaya verə bilərsiniz. Mən adətən hil qatıram və süfrəyə verməzdən öncə nanə yarpağı ilə bəzəyirəm. Bu içkini hazırlayarkən, çalışın tam dəymiş, şirəli manqolardan istifadə edin. Konservləşdirilmiş manqodan da istifadə edə bilərsiniz. Az kalorili içki hazırlamaq niyyətindəsinizsə, yağsız qatıq və süddən istifadə edin, bal və şəkər qatmayın.

3 fincan lassi üçün

Ərzaqlar:1 fincan manqo meyvəsi (konservləşdirilmiş meyvədən də istifadə edə bilərsiniz), 1 fincan sərin adi qatıq, ½ fincan süd, 1-2 xörək qaşığı bal (şəkər tozu ilə əvəz etmək olar), 1 çimdik hil (istəyə bağlıdır), Nanə yarpaqları (yenə istəyə bağlı olaraq bəzək halında istifadə oluna bilər).

Hazırlanması. 

Axıcı bir qarışıq alınana kimi manqo, qatıq, süd, bal və hili blenderdə qarışdırın.Alınmış qarışığı fincana süzün və istəyinizə uyğun olaraq üzərini nanə yarpaqları ilə bəzəyin.