Mətbəximiz / Quru yeməklər

Qeyri-adi və çox dadlı 2 cür kotlet resepti - FOTO

dılay | 1-03-2019, 09:00
1 119 0

 


 


 

 

 

Satsebeli souslu quzu kabab


 

Tərkibi:

Quzu qiyməsi – 900 qram

 

Quyruq yağı – 150 qram

İstiot – 20 qram

Zəncəfil – 20 qram

Kişniş yarpağı – 20 qram

Nanə - 15 qram

Dəfnə yarpağı – 1 qram

Hil – 8 qram

Soğan (xırda doğranmış) – 100 qram

Hazırlanma qaydası:

Qiymə hazırlamaq üçün hər şey qarışdırılır. Hazır olan qiymədən lülə formasında kotletlər hazırlayıb onu ya qrildə, ya tavada ya da ki, sobada 5-7 dəqiqə bişirmək lazımdır. Sous üçün sarımsaqları soyub pomidor, keşniş, zeytun yağı ilə blenderdən keçirirsən. Duzu da zövqə görə əlavə edirsən. Qeyd edək ki, bu resept 2 nəfərlikdir və tam olaraq 50 dəqiqəyə hazır olur.


Hamburger steyk 

Tərkibi:

Yumşaq mal əti – 800 qram

Vorçester sousu – 2-3 xörək qaşığı

Qara istiot

Bolqar bibəri – 500 qram

Çili istiotu – 50 qram

Şəkər – 250 qram

Limon şirəsi  - 30 ml

Hazırlanma qaydası:

Əvvəlcə ətləri kub-kub doğrayırsan, sonra üzərinə şirin və qara istiot, vorçester sosusu əlavə et. Hər şeyi qarışdır və 1 saat qoy dinlənsin. Ət dadlandırıcı ədviyyatlar əlavə etdikdən sonra 5 ədəd küftələr düzəlt.  Tavaya zeytun yağı əlavə etdikdən sonra kotletləri qızart. Qarnirdə isə xiyar, pomidor və turpdan "Aysberq” salatı hazırlaya bilərsən. Qeyd edək ki, tam şəkildə 2 saata hazır olur və 1 nəfərlikdir.