Mətbəximiz / Quru yeməklər

Təzə kartofdan 4 cür yüngül Yaz-Yay yeməyi

Banu. | 2-07-2017, 07:30
1 557 8

 

İndi hər yerdə qarşınıza təzə, qabığı nazik, zərif kartoflar çıxır. Bu kartofun heç qabığını soymağa ehtiyac yoxdur. Təzə-tər, əsl yaz kartoflarından bu vaxta kimi bişirmədiyiniz reseptləri sonraya saxlamayın. Bişirin, hamı sizə minnətdar olacaq.

Tezbazar salat


 

Ərzaqlar:


Təzə kartof – 500 qr.
Təzə xiyar – 3-4 ədəd
Qırmızı turp – 5 ədəd
Şüyüd – 2-3 sap
Zeytun yağı -3 x.q.
Xardal – 1 x.q.
Duz, istiot –zövqə görə

 

Hazırlanması:

Təzə kartof  yuyulur, qabıqlı bişirilir, elə qabıqlı halda kub formasında doğranılır.  Xiyar iri kub formasında, turp isə nazik halqavari kəsilir. Şüyüd narın-narın doğranılır. Ayrıca qabda zeytun yağı, xardal, duz, istiot qarışdırılır.  Salat qabına tərəvəzlər yığılır, üzərindən bu yağ gəzdirilir, göyərti səpilir.

İtalyansayağı salat





 

Ərzaqlar:


Təzə kartof – 3-4 ədəd
Pomidor – 3ədəd
Alma -2 ədəd
Banan – 1 ədəd
Xama – 100 qr.

 

Hazırlanması:

Kartoflar elə qabıqlı bişirilir, əgər qabıq nazikdirsə, soyulmur.  Kub formasında doğranılır. Almanın qabığı soyulur, tumları çıxarılır, orta ölçüdə kub formasında doğranılır. Pomidorlar da orta ölçüdə bölünür,  kartof və alma ilə qarışdırılır. Bura halqavari doğranmış banan da qatılır, qarışdırılır, üzərindən xama gəzdirilir. Bu salatı süfrəyə verməzdən əvvəl 2-3 saat soyuducuda saxlayın.

Suluquni pendiri ilə təzə kartof


 

Ərzaqlar:

 


Təzə kartof -1 kq.
Təzə suluquni – 200 qr.
Sarımsaq – 3-4 diş
Kərə yağı – 2 x.q.
Göyərti
Duz, istiot – zövqə görə

 

Hazırlanması:


Kartof təmiz yuyulur, qaynar suda 15 dəqiqə bişirilir. Su süzülür, kartoflar qurudulur.
Sarımsaq əzilir. Tavada kərə yağı əridilir, sarımsaq qatılıb, 30 saniyə sonra odun üzərindən götürülür.
Soba üçün formaya kartof yığılır, üzərindən sarımsaqlı yağ süzülür. Suluquni 1,5 sm enində olmaqla dilimlərə bölünür və kartofun üzəri pendirlə bağlanır. 200 dərəcə isidilmiş sobada qril rejimində 20 dəqiqə, pendir əriyənə və üzəri qızarana kimi bişirilir. Süfrəyə isti verilir və üzərində göyərti səpilir.

 

Təzə kartof şorbası


Ərzaqlar:


Toyuq və ya ət bulyonu – 1 l.
Təzə kartof – 500 qr.
Soğan -1 ədəd
Şüyüd – 1 dəstə
Yaşıl soğan – 2-3 sap
Kərə yağı – 50 qr
Duz, istiot
Xama – 30 qr.

 

Hazırlanması:

Kartoflar təmizlənir, yuyulur, nazik, orta ölçüdə doğranılır. Tavada  kərə yağı isidilir, doğranmış soğan əlavə olunur, 5 dəqiqə qızardılır. Bura  kartof əlavə olunur, qapaq bağlanılır, 5 dəqiqə bişirilir.  Bulyon qızdırılır, tavadakı kartof  bulyona əlavə olunub, qaynar hala gətizdirilir, duz, istiot vurulur. Kartof  bişənə kimi qaynadılır, hazır olana yaxın narın şüyüd və yaşıl soğan səpilir. Şorba masaya veriləndə üzərinə 1 qaşıq xama qoyulur.

Nuş olsun!


  1. Dəniz qızı | 30 aprel 2016 17:01 | Status: Brilliant user | Şərh: 8 099
    Hamsını bəyəndim...
  2. SEVDA | 29 aprel 2016 23:41 | Status: Nəzarətçi | Şərh: 17 537
    Reseptler menlik deyil.twk...
  3. Cicim İncim | 29 aprel 2016 22:31 | Status: Gümüş user | Şərh: 2 485
    Təzə kartofu qızardasan,bir də közdə bişirəsən...Sulu xörəkdə, püredə, salatda dadlı olmur...
  4. BULUTUM | 29 aprel 2016 20:50 | Status: Professional user | Şərh: 7 429
    Teze kartofun ozu nedi yemeyide ne ola..ancaq qizartasi gozeldi.kere yaginda qzardiram..super dadli olur.
  5. dılay | 28 aprel 2016 16:56 | Status: Brilliant user | Şərh: 8 251
    Ele en yaxwIsI balacalarInI diri diri at qIzart sonrada xama ile ketcup ile ye..
  6. Hali | 28 aprel 2016 12:02 | Status: VİP user | Şərh: 496
    Teze kartofu xowlamiram
  7. B.Fereh | 28 aprel 2016 11:01 | Status: Nəzarətçi | Şərh: 7 094
    Sitat: ESMERRi
    Reseptlər maraqlıdı amma təzə kartofu sevənlər üçün .Heç sevmirəm bişirmirəmdə təzə kartof

    Vallah mende hec sevmirem,dadi tami olmur.Gozleyirem kohnelsin sonra alib biwirirem:)))
  8. ESMERRi | 28 aprel 2016 10:29 | Status: Brilliant user | Şərh: 5 421
    Reseptlər maraqlıdı amma təzə kartofu sevənlər üçün .Heç sevmirəm bişirmirəmdə təzə kartof
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.