Mətbəximiz / Duru yeməklər

Kələkoş

ESMERRi | 5-05-2016, 09:00
13 931 8

 



Bilirəm, yəgin çoxunuz bu adı oxuyanda deyəcəksiniz ki – NƏ? Bəli, bəli, Kələkoş. Bəzi mənbələrdə buna Kəlləkooş da deyilir.Təəccüblənməyin. Şorbadır, özüdə Azərbaycan milli mətbəxinə aid. 

Bakıdan əlimə çatan qadın jurnallarının birində Kələkoş sözü diqqətimi cəlb etdi. Bu, elə reseptini axtardığım Kələkoş idi! Amma bu dəfı adın yanında resept də var idi! Beləlikləsirr dolu Kələkoşu bişirmək fürsətini əldə etmiş oldum. Çox ləzzətli şorbadır! Tez-tez menyumuza qolaq olur. Buyurun, siz de dadına baxın.

KƏLƏKOŞ

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

3 stəkan yağlı qatıq
1 ½ xörək qaşığı un
1 yumurta
3 stəkan soyuq su
1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü
½ stəkan xırda doğranmış qoz
2 diş əzilmiş sarımsaq
1 ½ xörək qaşığı quru nanə
2 xörək qaşığı bitki və ya kərə yağı
1 orta baş xırda doğranmış soğan
duz¸ zövqə görə
istiot¸ zövqə görə

1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın.

2. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6-7 dəqiqə qızardın.

3. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın. Süfrəyə isti-isti verin.

 


Hər kəsə  nuş olsun!!

Dəniz qızı | 7 may 2016 08:42 | Status: Brilliant user | Şərh: 8 017
Heç sınamamışam bunu.Baxaram görüm evdə hansı ərzaqlarım var?
SEVDA | 6 may 2016 22:59 | Status: Nəzarətçi | Şərh: 17 439
Menlik olmadı twk...
GULYA-N | 5 may 2016 21:18 | Status: VİP user | Şərh: 759
Qatığın içinde qoz neseee menlik deyil yenede teşekkür
Aylaskam | 5 may 2016 20:39 | Status: Qonaq | Şərh: 0
Men bu yemeyi bilirem. Rehmetlik nenem tez tez bisirerdi biz balaca olanda. Dadli olur. Ama bizde sarimsaq ve qoz qatilmir.
Gülçin | 5 may 2016 13:08 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: ESMERRi
Redaktə üçün təşəkkür

Xoşdur. kissing_heart
Çox maraqlı, qeyri-adi adı var bu yeməyin. Elə bazada olanda da diqqətimi birinci adı çəkdi.))
B.Fereh | 5 may 2016 13:08 | Status: Nəzarətçi | Şərh: 6 975
bu yemek turklerin yayla corbasina benzeyir...
ESMERRi | 5 may 2016 10:46 | Status: Brilliant user | Şərh: 5 378
Redaktə üçün təşəkkür
dılay | 5 may 2016 09:08 | Status: Brilliant user | Şərh: 8 183
KIzzz bu ne yaa ????????