Mətbəximiz / Balıq yeməkləri

"Balıqçılar"plov.

ESMERRi | 29-05-2016, 09:00
13 026 3

 


 

Mətbəximizdə yeməklərin şahı olan plovu demək olar ki, sevməyən yoxdur. Mətbəximizdən olan cürəbəcür plovlar həmişə stolumuzun bəzəyi olur. Bu dəfə sizlərlə fərqli bir plov resepti paylaşacam.

 

Tərkibi:

Qızıl balıq – 500 qram

Düyü – 300 qram

Nar – 2 ədəd

Bitki yağı – 100 qram

Kərə yağı – 100 qram

Sarıkök, duz, istiot zövqə görə.

 


Hazırlanma qaydası:

Balıq yuyulur, tikələrə bölünüb üzərinə duz, istiot səpilərək bitki yağında qızardılır. Üzərinə nar dənələri əlavə edilib 2 dəqiqə sonra ocaqdın üzərindən götürülür. Düyü ənənəvi qaydada duzlu suda bişirilib süzülür. Qazanın dibinə düyüdən bir hissə tökülür, sarıkök səpilir, üzərindən nar-balıq qarışımı yığılır, düyünün qalan hissəsi ilə örtülüb 40-dəqiqə dəmə qoyulur.

 

 


Nuş olsun!


Dəniz qızı | 29 may 2016 22:06 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: SEVDA
Balıqla plov...yememiwem heç...

Mən quru balıqla edirəm.
dılay | 29 may 2016 13:53 | Status: Brilliant user | Şərh: 8 183
Prob ederem...
SEVDA | 29 may 2016 11:32 | Status: Nəzarətçi | Şərh: 17 439
Balıqla plov...yememiwem heç...